Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib.Mükafatçılar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu, ADMİU Sabah qruplarının müəllimi Şövkət Məhərrəmova […]
ADMİU-nun bir sıra gənc əməkdaşı 2 Fevral Gənclər Günü münasibəti ilə təltif olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəlik məsələlərinə keçməzdən öncə Universitetin rektoru professor Ceyran Mahmudova 2 Fevral Gənclər Günü münasibəti ilə gənc əməkdaşları təbrik edib, onlara gələcək həyatlarında və karyeralarında daha böyük uğurlar arzulayıb. Eyni zamanda, ali təhsil ocağının səmərəli fəaliyyəti ilə fərqlənən bir sıra gənc əməkdaşına Gənclər […]
Arif Əziz yaradıcılığının özünəməxsusluğu – “Arif Aziz Art House”
ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilovun “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, Xalq rəssamı, Əməkdar incəsənət xadimi, professor Arif Əzizin yaradıcılığına həsr etdiyi məqaləni oxucularımıza təqdim edirik: https://525.az/news/285926-arif-eziz-yaradiciliginin-ozunemexsuslugu–arif-aziz-art-house
ADMİU-da “Ekspressionizm: tarixi və əhəmiyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin Musiqi tarixi və nəzəriyyəsi, İnstrumental ifaçılıq kafedralarının təşkilatçılığı ilə “İncəsənət tarixi: XX əsrdən baxış” silsiləsindən “Ekspressionizm: tarixi və əhəmiyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib. Seminarı giriş sözü ilə açan ADMİU-nun müəllimi Vəfa Abbasova bildirib ki, ekspressionizm dünya incəsənət tarixində ən önəmli cərəyanlardan biridir. Həmçinin, qeyd olunub […]
ADMİU-da 20 yanvar faciəsinin 35 illiyinə həsr olunmuş tədbir
Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının təşkilatçılığı ilə 28 yanvar 2025-ci il tarixində 20 yanvar faciəsinin 35 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə 20 yanvar Tanıtma İctimai Birliyinin idarə heyətinin üzvü Sahib Əlizadə, İstiqlal muzeyinin Elmi kütləvi işlər şöbəsinin əməkdaşı, elmi işçi Emin Yolçuyev və Kulturologiya fakültəsinin əməkdaşları və tələbələri iştirak etmişdir. Kulturologiya fakültəsinin dekanı […]
TÜRKSOY-un C.Cabbarlının 125 illik yubileyinə həsr etdiyi kitab ADMİU-da təqdim olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq Cəfər Cabbarlının 125 illik yubileyinə həsr olunmuş “Cəfər Cabbarlı Seçmə Dram Əsərləri” kitabının təqdimat mərasimi keçirilib. TÜRKSOY, ADMİU və Cəfər Cabbarlının Ev Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir ADMİU-nun nəzdindəki TÜRKSOY Mərkəzində TÜRKSOY təmsilçiləri, […]
“Mütaliə ruhu” sərgisi çərçivəsində ilk tədbir baş tutub
Yanvarın 21-də Xətai Sənət Mərkəzində “Mütaliə ruhu” adlı respublika yaradıcılıq müsabiqəsinin yekun sərgilərinin ilki açılıb.Qeyd edək ki, müsabiqə üçün ölkənin müxtəlif regionlarından 1500-dən çox iştirakçı 2000-ə yaxın əsər göndərib.İlkin seçimlərdə 900 iştirakçının 1100-dən çox əsəri sərgilənmək üçün seçilib. Müəlliflər arasında uşaqlar, yeniyetmələr, gənclər və yuxarı yaş qrupunun nümayəndələri, həmçinin, tədbirin qaydalarına uyğun olaraq müəllim və […]
ADMİU-nun tələbələri beynəlxalq festivalda çıxış ediblər
14-19 yanvar tarixlərində Türkiyənin İstanbul şəhərində arfa ifaçısı Ceren Necipoğlunun xatirəsinə həsr olunmuş “2-ci Ceren Necipoğlu İstanbul Beynəlxalq arfa festivalı” keçirilib. Festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının müəllimi Günel Quliyevanın III təhsil ili tələbələri olan, Beynəlxalq və Respublika müsabiqələr laureatları Safura Mursaliyeva və Nüşabə Rüstəmova təmsil ediblər. […]
“20 Yanvar – Azadlığın başlanğıcı” mövzusunda sərgi
Azərbaycan Respublikası elm və təhsil nazirinin 16 yanvar 2025-ci il tarixli əmri ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı” tədbirlər planına müvafiq olaraq ADMİU-da silsilə tədbirlər keçirilir. Bu məqsədlə, universitetin Kitabxana-informasiya mərkəzi tərəfindən “20 Yanvar – Azadlığın başlanğıcı” mövzusunda sərgi təşkil olunub. Tələbələrin iştirakı ilə millətimizin azadlıq səsini ucaltdığı və öz […]
ADMİU-nun müəllimləri Ümumxalq Hüzn gününə həsr olunmuş tədbirdə iştirak ediblər
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sosial -mədəni fəaliyyət kafedrasının müəllimləri Günel İbrahimova və Firəngiz Məhərrəmova da iştirak ediblər. Ölkəmizdəki dini və milli icmaların nümayəndələrinin iştirak etdikləri tədbirdə öncə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi […]
ADMİU-nun tələbəsi Beynəlxalq Müsabiqənin ən yüksək mükafatına layiq görülüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi “İnstrumental ifaçılıq” kafedrasının IV tədris ili tələbəsi Həmayə Baxışova Beynəlxalq Müsabiqənin ən yüksək mükafatına layiq görülüb. Belə ki, tələbəmiz İngiltərədə onlayn şəkildə keçirilən “Beethoven İnternational Music Competition UK 2025” müsabiqəsində “Master Prize” mükafatına qazanıb.Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın tələbəsi olan H.Baxışova proqramda A.N.Skryabin, […]
ADMİU-nun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
Yanvarın 17-də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, universitet rəhbərliyi, universitetin Elmi Şurasının üzvləri, professor-müəllim heyəti və tələbələri Şəhidlər xiyabanını ziyarət edib.Ziyarət zamanı Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi ehtiramla anılıb, məzarları önünə qərənfillər düzülüb.