Dekabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi Estrada sənəti kafedrası tərəfindən unudulmaz müğənni, Xalq artisti Oqtay Ağayevin 90 illik yubileyinə həsr olunmuş “Kimsən sən…” konsert proqramı keçirilib. Konsertdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, ölkəmizin bir sıra ali təhsil ocaqlarının rektorları, tanınmış ictimaiyyət nümayəndələri, musiqisevərlər və Oqtay Ağayev sənətinin […]
ADMİU-nun dizayner tələbəsinin sənət dünyasında uğurlu addımları…
Rəssamlıq fakültəsinin geyim dizayn ixtisası üzrə 4-cü kurs tələbəsi Neijen Melikli, “Spinozanın tanrısı” filmində geyim üzrə rəssam kimi iştirak edərək sənət dünyasında öz imzasını atıb. Bu uğurlu layihədə onun rəhbəri Aysel Əziz olub.
ADMİU-nun beynəlxalq uğuru…
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “UI Greenmetric 2024” dünya universitetlərinin reytinq siyahısında yer alıb. ADMİU ilk dəfə iştirak etdiyi bu reytinqdə 95 ölkənin nüfuzlu ali təhsil müəssisəsələri arasında 1247-ci yeri tutaraq, ətraf mühitə davamlı yanaşma istiqamətində öz mövqeyini təsdiqləyib. Qiymətləndirmə aparılarkən universitetin ətraf mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə təsiri, kampus ərazisində kağızlardan […]
“CulTech İnkubasiya” proqramı üzrə infosessiya təşkil edilib
Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə həyata keçirilən “CulTech İnkubasiya” proqramı müasir dövrdə müstəqil sənaye sahələrində yaradıcı gənclərin fəal iştiraklarını təmin etmək və startap sahiblərinə öz layihələrini inkişaf etdirmək üçün onları dünya bazarına çıxaracaq unikal bir platforma təqdim edir. Bu məqsədlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Təhsil İşçiləri […]
ADMİU-nun kollektivi Ulu Öndərin məzarını ziyarət edib
Dekabrın 12-si müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi və professor-müəllim heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Ümummilli Lider Heydər Əliyev ADMİU-da anılıb
Dekabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə baş tutan tədbirdən əvvəl iştirakçılar Heydər Əliyevin büstünü ziyarət edib, önünə çiçəklər düzüblər. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər. Tədbiri giriş sözüylə açan Universitetin rektoru, […]
ADMİU-nun tələbəsi “Azərbaycan fashion week”də iştirak edib
ADMİU Rəssamlıq fakültəsinin geyim dizaynı ixtisası üzrə magistr tələbəsi Ramazan Həbibov “Azərbaycan fashion week” həftəsində iştirak edib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aysel Əzizovanın rəhbərliyi ilə hazırlanmış əl işləri maraqla qarşılanıb.
ADMİU-nun əməkdaşı Toğrul Qasımov Qırğızıstanın Bişkek şəhərində keçirilən “Manas” Günlərində iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Yaradıcılıq layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Toğrul Qasımov Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “Manas” günlərində universitetimizi təmsil edib. 30 noyabr- 6 dekabr tarixlərində “Manas” günləri çərçivəsində keçirilən tədbirlərdə və tamaşalarda iştirak edən T.Qasımov Manas teatrını ziyarət edib, teatrın direktoru Nurbek Talantbekovla görüşüb. Eyni zamanda Qırğızıstan-Türkiyə Manas Universiteti Gözəl sənətlər […]
Tanınmış muzey və sərgi kuratoru Salih Doğanın ADMİU-da ustad dərsləri başa çatıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Strateji inkişaf planında əks olunmuş “Təhsil mühitinin inkişafı” məqsədinin icrası ilə bağlı tanınmış muzey və sərgi kuratoru, Beynəlxalq Panorama Şurası Məsləhət Şurasının və Türk Dünyası Vəqfi İdarə Heyətinin üzvü Salih Doğan ADMİU-da “Muzey və sərgi quruculuğu və kuratorluğu” mövzusunda ustad dərsləri və təlimlərin keçirilməsi üçün universitetə dəvət edilib. […]
Xalça eksizi üzrə təlimçi ADMİU-da qonaq müəllim kimi dərs deyib
ADMİU-nun Rəssamlıq fakültəsinin məzunu və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı Dost Evi filialının Xalça eskizi üzrə təlimçisi Ramin Səfərli universitetimizdə qonaq müəllim kimi dərs deyib. Dərs zamanı tələbələr vitraj texnikası, əlilliyi olan şəxslərlə işləyərkən diqqət etməli olduqları məqamlarla bağlı məlumatlandırılıblar, müzakirə aparılıb və vitraj texnikasını dərs prosesində işləyiblər. Qeyd edək ki, Azərbaycan Dövlət […]
BƏDİİ YARADICILIQ SAHƏSİNDƏ YENİ TƏDRİS NƏŞRİ
ADMİU-nun “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasının müdiri, professor Əli Əmirlinin xarici müəllifin ana dilimizə tərcümə etdiyi tədris nəşri yenicə çap olunub. Amerikalı nəzəriyyəçi, minlərlə filmin məsləhətçisi və redaktoru Linda Segerin rus dilindən çevrilmiş “Yaxşı ssenarini əla ssenariyə necə çevirməli?” kitabı Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə nəşr edilmişdir. Kitabda ssenarinin yazılması və redaktəsi ilə bağlı […]
ADMİU ilə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi arasında əməkdaşlıq görüşü keçirilib
Dekabrın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, ADMİU-nun rəhbərliyi və kollektivi, eləcə də məktəbin rəhbər və müəllim heyəti iştirak edib. Görüşdə ADMİU tələbələrinin istehsalat təcrübəsi üçün məktəbdə xüsusi proqramların təşkili, caz musiqisinin tədrisinin […]