ADMİU-nun Ədəbiyyat və dillər kafedrasının müdiri, Qərbi Azərbaycan İcmasında “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi, Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın yeni çapdan çıxmış “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” adlı kitabı oxucuların istifadəsinə verilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Elm və […]
“İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” akademik və innovativ kursunun təkmilləşdirilməsi istiqamətində işlər davam edir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Beynəlxalq Əlilliyi olan Şəxslər Günü” ərəfəsində də bu istiqamətdə işləri davam etdirir. Kursun əsas məqsədi əlilliyi olan uşaqlara incəsənətin müxtəlif sahələrini (təsviri sənət, musiqi və s.) tədris edəcək mütəxəssislərin hazırlanmasıdır.Universitetin Rəssamlıq fakültəsinin tələbələri fənnin tədrisi çərçivəsində inklüzivlik, sosial yanaşma, səmərəli ünsiyyət bacarıqları mövzularını, eləcə də əlilliyi olan şəxslərə […]
ADMİU Beynəlxalq “Ənənədən gələcəyə informasiya və sənəd menecmenti” Simpoziumunda
28-29 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində keçirilmiş III Beynəlxalq “Ənənədən gələcəyə informasiya və sənəd menecmenti” Simpoziumunda ADMİU təmsil olunub. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş simpozium Bakı Dövlət Universiteti, Türkiyənin Bartın Universiteti, Çankırı Karatekin Universiteti və Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov, Muzeyşünaslıq və turizm kafedrasının […]
ADMİU-nun rəssam müəllimləri beynəlxalq müsabiqənin qalibi olublar
Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi Saint- Petersburg Stieglitz Dövlət Rəssamlıq və Sənaye Akademiyası tərəfindən “Rəng Koleydoskopu” adlı Beynəlxaq Akvarel sərgi müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univetsitetinin (ADMİU) baş müəllimi Zöhrab Cabbarov və müəllim Asim Bayramov I yer, baş müəllim Samir Qafarov III yerə layiq görülüblər.
ADMİU-nun rəssam müəllimləri beynəlxalq sərgidə iştirak ediblər
18 Mart adına Çanaqqala Universitetinin İncəsənət fakültəsinin Türkiyə Cumhuriyyətinin 101 illiyinə həsr olunmuş Beynəlxalq qarışıq onlayn sərgisi keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimləri Əməkdar rəssam, dosent Rəşad Cabarov, baş müəllim Samir Qafarov, müəllim Asim Bayramov sərgidə iştirak edərək sertifikatla təltif olunublar.
ADMİU-da muzey və sərgi kuratoru Salih Doğanın təlimləri başlayıb
Dekabrın 2-dən etibarən Türkiyənin tanınmış muzey və sərgi kuratoru Salih Doğanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) seminar və ustad dərsləri start götürüb. 5 gün ərzində Salih Doğan Muzeyşünaslıq və turizm və Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professor-müəllim və tələbə heyəti ilə muzey quruculuğu və idarəedilməsi sahəsindəki təcrübəsini bölüşəcək. Dərslərdə həm də Naxçıvan […]
“Əllərin Sehri” Müsabiqəsində Tələbələrimizin Uğuru
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələri — Fatimə Babazadə (Qrafika ixtisası), Günay Yusubova (Dizayn ixtisası), Günel Cəfərova (Tətbiqi İncəsənət Məktəbi) və Aidə Hüseynova (Tətbiqi İncəsənət Məktəbi) “ƏLLƏRİN SEHRİ” yaradıcılıq müsabiqəsinin yekun sərgisində iştirak edərək mükafatlandırılıblar. Universitetə isə xüsusi təşəkkürnamə təqdim olunub.
ADMİU-nun tələbələri Türkiyədə sərgidə iştirak ediblər
Noyabrın 26-da Türkiyənin İstanbul şəhərində ənənəvi BASE 2024 sərgisi keçirilib.Bu il 33 şəhərdən 40 universitetin tələbə və məzunlarından ibarət 132 rəssamın qatıldığı sərgidə ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələri təmsil ediblər.Sərgidə yeni nəsil rəssamların dünyaya və sənətə baxışı, yanaşma tərzi tamaşaçıların diqqətinə səbəb olub.
Gürcüstanın “The Movement” Teatrının bədii rəhbəri ADMİU-da ustad dərsi keçib
25-29 noyabr 2024-cü il tarixlərində Gürcüstanın “The Movement” Teatrının bədii rəhbəri İoseb Bakuradze Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH Mərkəzi və Teatr sənəti fakültəsinin tələbələri üçün “Səhnə hərəkəti” üzrə ustad dərsləri keçib. Beş gün ərzində davam edən ustad dərslərinin yekunu kimi noyabrın 29-da dərslərdə iştirak edən SABAH Mərkəzi və Teatr sənəti fakültəsinin tələbələrinin […]
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
ADMİU-da tədris prosesi təşkil edilərkən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanaraq maarifləndirmə işləri görülür.Daha ərtaflı: https://sdg.azstat.gov.az/az/home
ADMİU-nun tələbələri “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş tədbirə könüllü dəstək olublar
Noyabrın 28-də “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Hilton Baku oteli ilə birlikdə 3 dekabr “Beynəlxalq əlillər günü”nə həsr olunmuş tədbir təşkil edib. Tədbirdə fiziki məhdudiyyətli gənclər üçün intellektual yarış keçirilib. Sonda Hilton Baku oteli tərəfindən iştirakçılara hədiyyələr və sertifikat təqdim olunub. ADMİU-nun sosial iş ixtisasının tələbələri tədbirə könüllü olaraq dəstək olublar.Gələcəkdə də əlilliyi […]
Sumqayıt şəhərinin 75 illiyi ilə əlaqədar konsert keçirildi
27-28 noyabr tarixlərində Akdeniz Universitetinin Antalya Dövlət Konservatoriyası və Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan konsert proqramı təşkil edilib. Sumqayıt Musiqi Kollecinin “Vio Cello” Kamera Orkestrinin (bədii rəhbərlər: Könül Bəkirova, Emin Həsənov, dirijor Əməkdar müəllim Firəngiz Xəlilova) müşayiəti ilə iki gün davam edən fortepiano konserti […]