ADMİU-nun tələbəsi “Azərbaycan fashion week”də iştirak edib

ADMİU Rəssamlıq fakültəsinin geyim dizaynı ixtisası üzrə magistr tələbəsi Ramazan Həbibov “Azərbaycan fashion week” həftəsində iştirak edib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aysel Əzizovanın rəhbərliyi ilə hazırlanmış əl işləri maraqla qarşılanıb.

ADMİU-nun əməkdaşı Toğrul Qasımov Qırğızıstanın Bişkek şəhərində keçirilən “Manas” Günlərində iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Yaradıcılıq layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Toğrul Qasımov Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “Manas” günlərində universitetimizi təmsil edib. 30 noyabr- 6 dekabr tarixlərində “Manas” günləri çərçivəsində keçirilən tədbirlərdə və tamaşalarda iştirak edən T.Qasımov Manas teatrını ziyarət edib, teatrın direktoru Nurbek Talantbekovla görüşüb. Eyni zamanda Qırğızıstan-Türkiyə Manas Universiteti Gözəl sənətlər […]

Tanınmış muzey və sərgi kuratoru Salih Doğanın ADMİU-da ustad dərsləri başa çatıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Strateji inkişaf planında əks olunmuş “Təhsil mühitinin inkişafı” məqsədinin icrası ilə bağlı tanınmış muzey və sərgi kuratoru, Beynəlxalq Panorama Şurası Məsləhət Şurasının və Türk Dünyası Vəqfi İdarə Heyətinin üzvü Salih Doğan ADMİU-da “Muzey və sərgi quruculuğu və kuratorluğu” mövzusunda ustad dərsləri və təlimlərin keçirilməsi üçün universitetə dəvət edilib. […]

Xalça eksizi üzrə təlimçi ADMİU-da qonaq müəllim kimi dərs deyib

ADMİU-nun Rəssamlıq fakültəsinin məzunu və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı Dost Evi filialının Xalça eskizi üzrə təlimçisi Ramin Səfərli universitetimizdə qonaq müəllim kimi dərs deyib. Dərs zamanı tələbələr vitraj texnikası, əlilliyi olan şəxslərlə işləyərkən diqqət etməli olduqları məqamlarla bağlı məlumatlandırılıblar, müzakirə aparılıb və vitraj texnikasını dərs prosesində işləyiblər. Qeyd edək ki, Azərbaycan Dövlət […]

Bədii Yaradıcılıq Sahəsində yeni tədris nəşri

ADMİU-nun “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasının müdiri, professor Əli Əmirlinin xarici müəllifin ana dilimizə tərcümə etdiyi tədris nəşri yenicə çap olunub. Amerikalı nəzəriyyəçi, minlərlə filmin məsləhətçisi və redaktoru Linda Segerin rus dilindən çevrilmiş “Yaxşı ssenarini əla ssenariyə necə çevirməli?” kitabı Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə nəşr edilmişdir. Kitabda ssenarinin yazılması və redaktəsi ilə bağlı […]

ADMİU ilə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi arasında əməkdaşlıq görüşü keçirilib

Dekabrın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, ADMİU-nun rəhbərliyi və kollektivi, eləcə də məktəbin rəhbər və müəllim heyəti iştirak edib. Görüşdə ADMİU tələbələrinin istehsalat təcrübəsi üçün məktəbdə xüsusi proqramların təşkili, caz musiqisinin tədrisinin […]

“İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabı oxucuların istifadəsinə verilib

ADMİU-nun Ədəbiyyat və dillər kafedrasının müdiri, Qərbi Azərbaycan İcmasında “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi, Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın yeni çapdan çıxmış “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” adlı kitabı oxucuların istifadəsinə verilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Elm və […]

“İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” akademik və innovativ kursunun təkmilləşdirilməsi istiqamətində işlər davam edir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Beynəlxalq Əlilliyi olan Şəxslər Günü” ərəfəsində də bu istiqamətdə işləri davam etdirir. Kursun əsas məqsədi əlilliyi olan uşaqlara incəsənətin müxtəlif sahələrini (təsviri sənət, musiqi və s.) tədris edəcək mütəxəssislərin hazırlanmasıdır.Universitetin Rəssamlıq fakültəsinin tələbələri fənnin tədrisi çərçivəsində inklüzivlik, sosial yanaşma, səmərəli ünsiyyət bacarıqları mövzularını, eləcə də əlilliyi olan şəxslərə […]

ADMİU Beynəlxalq “Ənənədən gələcəyə informasiya və sənəd menecmenti” Simpoziumunda

28-29 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində keçirilmiş III Beynəlxalq “Ənənədən gələcəyə informasiya və sənəd menecmenti” Simpoziumunda ADMİU təmsil olunub. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş simpozium Bakı Dövlət Universiteti, Türkiyənin Bartın Universiteti, Çankırı Karatekin Universiteti və Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov, Muzeyşünaslıq və turizm kafedrasının […]

ADMİU-nun rəssam müəllimləri beynəlxalq müsabiqənin qalibi olublar

Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi Saint- Petersburg Stieglitz Dövlət Rəssamlıq və Sənaye Akademiyası tərəfindən “Rəng Koleydoskopu” adlı Beynəlxaq Akvarel sərgi müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univetsitetinin (ADMİU) baş müəllimi Zöhrab Cabbarov və müəllim Asim Bayramov I yer, baş müəllim Samir Qafarov III yerə layiq görülüblər.

ADMİU-nun rəssam müəllimləri beynəlxalq sərgidə iştirak ediblər

18 Mart adına Çanaqqala Universitetinin İncəsənət fakültəsinin Türkiyə Cumhuriyyətinin 101 illiyinə həsr olunmuş Beynəlxalq qarışıq onlayn sərgisi keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimləri Əməkdar rəssam, dosent Rəşad Cabarov, baş müəllim Samir Qafarov, müəllim Asim Bayramov sərgidə iştirak edərək sertifikatla təltif olunublar.

ADMİU-da muzey və sərgi kuratoru Salih Doğanın təlimləri başlayıb

Dekabrın 2-dən etibarən Türkiyənin tanınmış muzey və sərgi kuratoru Salih Doğanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) seminar və ustad dərsləri start götürüb. 5 gün ərzində Salih Doğan Muzeyşünaslıq və turizm və Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professor-müəllim və tələbə heyəti ilə muzey quruculuğu və idarəedilməsi sahəsindəki təcrübəsini bölüşəcək. Dərslərdə həm də Naxçıvan […]