SABAH qrupunun tələbələri “Davamlı Gələcək üçün İncəsənət” sərgisində çıxış ediblər

Noyabrın 5-də Muzey Mərkəzində Elm və Təhsil nazirliyinin təşkilatçılığı ilə COP29 və SABAH-ın 10 illiyinə həsr olunmuş “DAVAMLI GƏLƏCƏK ÜÇÜN İNCƏSƏNƏT” adlı incəsənət sərgisinin açılış mərasimi keçirilib. Sərgidə ADMİU-nun 2-ci kurs aktyor sənəti ixtisası SABAH tələbələri COP29-a həsr etdikləri M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyasının motivləri əsasında hazırlanmış “Oyanış” […]

“Kreativ gənclər” düşərgəsi böyük marağa səbəb olub

1-3 noyabr tarixlərində “İdman Paytaxtı” Quba şəhərində “Kreativ gənclər” adlı düşərgə keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 120 nəfər tələbəsi iştirak edib. Düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, ADMİU nəzdində Humanitar Kollecin tələbələri də iştirak ediblər. “Kreativ […]

ADMİU-nun müəlliminin “Mən təbiətəm” sərgisi ziyarətçilərin ixtiyarında…

Biz hamımız Böyük Partlayışın nəticəsiyik, bunun nəticəsində Kainat yaranmışdır. Hər birimiz və ətrafımızdakı cisimlər bir zamanlar partlayış anında “çiyin-çiyinə” dayanmış “atomlar” idik. Hər bir insanın bu Kainatda özünəməxsus rolu, öz məqsədi var. Bəşəriyyət bu dünyanı yaratmasa da, bizim seçimlərimiz və hərəkətlərimizlə kainatı formalaşdırmaq üçün inanılmaz gücümüz var. Bundan sonra hamımız bu dünyada öz yerimizi tutmağa […]

MEMİM-in təşkilatçılığı ilə “Musiqinin cəmiyyətdə rolu” adlı elmi-praktiki seminar keçirilib

30 oktyabr 2024-cü il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Mərkəzdə “Musiqinin cəmiyyətdə rolu” mövzusunda elmi-praktiki seminar keçirilib. ADMİU-nun “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə, kafedranın baş müəllimi Sara […]

ADMİU-nun tələbələri Azərbaycan Milli İncəsənət Muzeyində…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələri Azərbaycan Milli İncəsənət Muzeyində ekskursiyada olublar.Muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova tələbələrə muzeyin yaranma tarixi və inkişafı haqqında geniş məlumat verib.Tələbələr muzeydə qədim və zəngin tarixə malik Azərbaycan incəsənətini özündə əks etdirən eksponatlarla tanış olublar. Ekskursiya zamanı muzeyin ab-havası və tərtibatı tələbələr […]

Azərbaycanlı xanım beynəlxalq müsabiqənin qaliblərindən olub

Bu günlərdə Özbəkistanın Daşkənd şəhərində keçirilən X Beynəlxalq Müasir İncəsənət Biennalesində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi Məhbarə Abbasovanın “Görünməyən aləmlər” kurator layihəsi ikinci yerə layiq görülüb. Layihənin rəssam iştirakçıları Nərgiz Əsgərova, Emin Mathers, Şəlalə Salamzadədir.  Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən Biennaledə ümumilikdə 42 […]

SABAH tələbələri beynəlxalq konfrasda

ADMİU-nun Yaradıcılıq layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Qasımov Toğrulun SABAH mərkəzinin Bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisası II təhsil ili tələbələri ilə “COP29 VƏ İNCƏSƏNƏT” mövzusunda keçdiyi təlim nəticəsində yazılan məqalələr Beynəlxalq konfransda dərc olunub. Eləcə də oktyabrın 26-da Azərbaycan Respublikası Gənclər Fondu və “ELM”Gənclərin sosial-intellektual inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə keçirilən “Yaşıl Şuşa […]

Adil Kərimli Mədəniyyət və İncəsənət Universitetinin kollektivi ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub, kollektivlə görüşüb. Ali təhsil ocağı haqqında söz açan nazir universitetin zəngin ənənələrinin olduğunu, məzunlarının mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiklərini deyib.Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyində ölkəmizdə bütün sahələr kimi, mədəniyyətin də inkişafına xüsusi diqqət yetirilir. Müvafiq sahə üzrə pedaqoji kollektivin […]

ADMİU-nun dosenti Türkiyədə beynəlxalq konfransda iştirak edib

Türkiyənin İstanbul şəhərinin İstanbul Universitetində “Mədəni irsin konservasiyasında gənclər – YOCOCU” IX beynəlxalq konfransı keçirilib. Azərbaycanı təmsil edən həmtəşkilatçılardan biri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin olduğu konfransda – Türkiyə, İtaliya, Yunanıstan, İspaniya, Almaniya, Rumıniya, Fransa, Portuqaliya, Avstriya, ABŞ, Xorvatiya, Rusiya, İran, Böyük Britaniya, Pakistan, Hindistan, Misir, Avstraliya və digər ölkələrdən qatılan 120-dən çox […]

ADMİU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Oktyabrın 24-ü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə universitetin rektoru professor Ceyran Mahmudova və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov tərəfindən imzalanıb. İmzalanma mərasimində qonaqları salamlayan rektor C.Mahmudova təhsil sahəsindəki son nailiyyətlər və gələcək inkişaf planları barədə söhbət açıb. Rektor qeyd […]

ADMİU-da “Davamlı inkişafda yaşıl dünyanın rolu” adlı Dəyirmi masa keçirilib

Oktyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrasının təşkilatçılığı ilə “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29” mövzusuna həsr olunmuş “Davamlı inkişafda yaşıl dünyanın rolu” adlı Dəyirmi masa keçirilib. İclası giriş sözü ilə kafedranın müdiri, professor Xaləddin Sofiyev açaraq COP29 konfransının dünyəvi əhəmiyyətindən danışıb, […]