Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) İnstrumental ifaçılıq kafedrasının müəllimi Günel Quliyevanın sinfinin R.Behbudov adına Mahnı Teatrında “Armonia Del Duetto” adlı duet konserti keçirilib. Musiqişünas Aytən Manafovanın aparıcılığı ilə keçən konsertdə Günel Quliyeva (müəllim), Nəzrin Əsgərli, Nüşabə Rüstəmova, Safura Mursəliyeva (III təhsil ili bakalavriat), Banuçiçək Hüseynova, Teymur İsmayılov (IV təhsil ili bakalavriat) müxtəlif dövr, […]
ADMİU-da xeyriyyə auksionu keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin təşkilatçılığı ilə ART VII Bədii Auksion keçirilib. Auksionda universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və dəvətli qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova diqqəti bu günlərdə baş verən təyyarə qəzasına çəkərək, bildirib ki, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında […]
ADMİU-nun “Musiqi terapiyası” layihəsinin ilk tədbiri keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tətbiq olunan yeni “Musiqi terapiyası” layihəsinin ilk tədbiri Bakı Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin psixoloji rifah halının yüksəldilməsi və onların sosiallaşmasına dəstək olmaq məqsədilə keçirilib. Konsertdə ADMİU-da “Musiqi terapiyası” fənnini tədris edən Aysel Əzizova və Bakı Reabilitasiya Mərkəzinin rəhbəri Vüsalə Kazımova giriş sözü ilə çıxış ediblər. Daha sonra ADMİU-nun “Xalq […]
Milli rəssamlıq məktəbinin təbliğinə yeni töhfə
Təbiət mənzərəsinin, hərhansı hadisənin və yaxud insan portretinin sadəcə təsviri deyil, həm də bədii ifadə vasitələrinin köməyi ilə dövrün əsl simasını, ahəngini, xarakterini əks etdirən tarixi sənədlər olan rəngkarlıq, qrafika, heykəltaraşlıq və digər sənət əsərlərinin təbliği məqsədilə yeni layihə həyata keçirilib. BP şirkətinin incəsənət mərkəzləri, muzeylər, qalereyalar və kitabxanalar, habelə sənətsevərlərə hədiyyəsi olan layihə çərçivəsində […]
Başsağlığı
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyirik.
ADMİU-nun tələbəsi Kazanda qalib oldu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsinin Aktyor sənəti ixtisası üzrə 1-ci təhsil ili tələbəsi Leyla Məmmədova Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən beynəlxalq bədii qiraət müsabiqəsində iştirak edib. Müsabiqəyə Xalq şairi Səməd Vurğunun “Leyla” şeiri ilə qatılan tələbəmiz 200 iştirakçı arasından 1-ci yerə layiq görülərək diplomla təltif olunub.
ADMİU-nun tələbəsi beynəlxalq müsabiqədə 1-ci yerə layiq görülüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “İnstrumental ifaçılıq” kafedrasının III təhsil ili tələbəsi Safura Mürsəliyeva Fransada keçirilən müsabiqədə ölkəmizi təmsil edib. Onlayn şəkildə keçirilən “Of the Gabriel Faure Music World” müsabiqəsində S.Mürsəliyeva 1-ci yerə layiq görülərək diplomla təltif olunub.
Naxçıvan Dövlət Milli Dram Teatrının rəhbərliyi ADMİU-nun tələbələri ilə görüşüb
Dekabrın 23-də Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru və direktor əvəzi Mirqabil Əkbərov və direktor müavini Səməd Canbaxşıyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə panel görüş keçiriblər. Tədbirin məqsədi teatr sənətinin gənc nəslə aşılanması, peşəkar inkişaf və təcrübə mübadiləsi olub. Görüşdə qonaqlar tələbələrlə teatrın inkişaf istiqamətləri, müasir aktyor sənətinin tələbləri və gənc aktyorların […]
ADMİU-nun tələbələri Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin qalibi olublar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun layihəsi olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin qalibi olublar. Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan Klubunda keçirilən qaliblərinin mükafatlandırılma mərasimində açılış nitqi ilə çıxış edən AYB-nin birinci katibi, “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun Himayəçilik Şurasının sədri, Xalq […]
Gender bərabərliyi mədəniyyətinin təbliği mövzusunda elmi seminar keçirilib
24 dekabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlər və tələbələr üçün “Gender bərabərliyi mədəniyyətinin təbliği və beynəlxalq təcrübə” adlı elmi seminar keçirilib. Universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva seminarı giriş sözü açaraq, dövrümüzün aktual problemlərinə toxunub, gender bərabərliyi mədəniyyətinin təbliği istiqamətində tədbirlərin davamlı […]
ADMİU-nun əməkdaşları “Strateji kommunikasiya” təlimində iştirak ediblər
Dekabrın 20-də Elm və Təhsil Nazirliyi (ETN) və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə elm və ali təhsil üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya işinin təşkilinə dair “Strateji kommunikasiya” mövzusunda təlim keçirilib. Təlimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) mətbuat katibi Şəhanə Mahmudzadə və sosial media mütəxəssisi Sabir Abbaszadə iştirak ediblər. […]
ADMİU-da Tələbə Elmi Cəmiyyəti Forumu keçirilib
Dekabrın 20-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Tələbə Elmi Cəmiyyəti Forumu keçirilib. Forumda müxtəlif universitetlərin Tələbə Elmi Cəmiyyətlərinin (TEC) sədrləri, nümayəndələri iştirak ediblər. Forumda çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb, universitetin fəaliyyətində, tələbələrin fərdi inkişafında, biliklərinin artırılmasında Tələbə Elmi Cəmiyyətlərin əhəmiyyətini vurğulayıb, Forumun […]













