Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 27 sentyabr-Vətən müharibəmizin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bu günün önəm və dəyərindən bəhs edib. Bildirib ki, Vətən müharibəsində canından, qanından keçən şəhidlərimizin, qazilərimizin hər biriylə fəxr edir, şəhidlərimizi hər zaman ehtiramla anırıq. […]
ADMİU ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisində təmsil olunub.
ADMİU-nun Mülki müdafiə qərargahı rəisi Hüseyn Arif 24-26 sentyabr 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisində Peşəkar Ziyarətçi qismində iştirak edərək universitetimizi təmsil edib.
QS Beynəlxalq Reytinq Agentliyi ilə universitetlərin əməkdaşları arasında görüş keçirilib
Sentyabrın 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin evsahibliyi ilə QS Beynəlxalq Reytinq Agentliyinin konsaltinq komandasının Azərbaycanın 25-ə yaxın ali təhsil müəssisələrinin reytinqlər üzrə məsul şəxsləri ilə görüşü keçirilib. Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) beynəlxalq reytinqlər üzrə məsul şəxs, beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin […]
Sadəliyin səmimiliyində sənət eşqi – İlham Rəhimli yazır
Onu tələbəlik illərindən tanıyıram və həmişə sadəliyinə, səmimiyyətinə heyran qalmışam. Həm də hələ tanış olsam da, onunla ünsiyyət yaxınlığım yox idi. O, gənc müəllim kimi İncəsənət İnstitutunda (bugünkü Mədəniyyət və İncəsənət Universitetində) dərs deyirdi, uzaqdan-uzağa müəyyən rəğbətim vardı. Əslində onu özündən əvvəl sənəti ilə tanımışdım. 1968-ci ildə Akademik Milli Dram Teatrında diplom işi kimi hazırladığı […]
ADMİU-nun müəllimi Braziliyada keçirilən konsertdə çıxış edib
Braziliyanın paytaxtı Brazilia şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş konsert təşkil olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Əyyub Quliyevin rəhbərliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, tarzən Səxavət Məmmədovun iştirakı […]
ADMİU-nun rektoru “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaitinin təqdimat mərasimində iştirak edib
Sentyabrın 20-də Bakı Kitab Mərkəzində “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaitinin təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, eləcə də Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər. Azərbaycan […]
Nişantaşı Universitetinin nümayəndələrinin Bakı səfəri başa çatıb
16-20 sentyabr tarixlərində Bakıda səfərdə olan Türkiyənin İstanbul Nişantaşı Universitetinin nümayəndə heyəti son gündə bir daha Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova ilə görüşüblər. Qonaqları qəbul edən rektor Ceyran Mahmudova onların səfər təəssüratları ilə maraqlanıb, beş gün ərzində rəhbəri olduğu ali təhsil ocağında onlara ev sahibliyi etməkdən məmnunluğunu dilə gətirib. Rektor […]
Türkiyənin Nişantaşı Universitetinin pedaqoqlarının ADMİU-da ustad dərsləri yekunlaşıb
Sentyabrın 17-dən başlayaraq Türkiyənin İstanbul Nişantaşı Universitetinin pedaqoqlarının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) keçdikləri silsilə ustad dərsləri yekunlaşıb. Sentyabrın 18-də Nişantaşı Universiteti İncəsənət və Dizayn Fakültəsi Kommunikasiya Dizaynı Bölümünün pedaoququ Ziyad Quliyev “Yaradılan ideyaların müasir nəqletmə üsulları ilə hekayəyə çevrilməsi” mövzusundakı məruzə ilə ADMİU-lu tələbələrin qarşısına çıxıb. Sentyabrın 19-da Nişantaşı Universiteti İncəsənət və […]
İstanbul Nişantaşı Universitetinin pedaqoqları Bakıda bir sıra işgüzar görüşlər keçiriblər
Xəbər verdiyimiz kimi, 06-15 dekabr 2024-cü il tarixlərində İstanbul Nişantaşı Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Film heç bitməsin” kino festivalı keçiriləcək. Festivalın əsas mövzusu “Is This the Real?” (Bu, realdırmı?) olaraq müəyyən edilib. Beynəlxalq kino festivalına Azərbaycan, ABŞ, Almaniya, Argentina, Braziliya, Danimarka, Gürcüstan, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, İran, […]
ADMİU-nun əməkdaşları Başqırdıstanda keçirilən yaradıcılıq Forumunda iştirak ediblər
16-19 sentyabr 2024-cü il tarixlərində Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində MDB üzvü olan dövlətlərin yaradıcı və elmi ziyalılarının “Müstəqil Dövlətlər Birliyi: ortaq dəyərlər və mədəniyyətlərin müxtəlifliyi” mövzusunda XVII Forumu keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektorunun təqdimatı ilə foruma universitet əməkdaşları Validə Məmmədova, Yaqut Paşayeva, Mikayıl Mikayılov, Tural Mustafayev ezam ediliblər. Onlar “Birlik […]
ADMİU Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkil etdiyi sessiyada təmsil olunub
Sentyabrın 18-19-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və QS Beynəlxalq Reytinq Agentliyinin regional direktoru Sergey Xristolyubovun iştirakı ilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında növbəti təlim və komanda quruculuğu görüşü baş tutub. Açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova əsas hədəfin […]
ADMİU-DA MİLLİ MUSİQİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Sentyabrın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rektor professor Ceyran Mahmudova milli musiqi gününün qeyd olunmasının əhəmiyyətindən və Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətində yerindən danışıb. Hər kəsi Musiqi bayramı münasibəti ilə təbrik edən rektor […]