ADMIU-nun müəllimi Türk mədəniyyəti günlərində iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) baş müəllimi, TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin solisti tarzən Ruslan Zərbəliyev BMT-nin İsveçrənin Cenevrə şəhərində yerləşən ofisində – “Millətlər Sarayı”nda (Palais des Nations) keçirilən Türk Mədəniyyəti Günlərində iştirak edib. Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşən Türk dünyası […]

“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq konfrans keçirilib

Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIII Beynəlxalq elmi-praktiki konfrans keçirilib.Konfransa ölkə daxilindən və xaricdən müxtəlif ali məktəb və mədəniyyət ocaqlarını təmsil edən elm adamları qatılıblar. Konfransda çıxış edən Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva universitetin rektoru, professor Ceyran Mahmudovanın salamlarını konfrans […]

ADMIU-da Beynəlxalq caz gününə həsr olunmuş sərgi və konsert keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 30 aprel Beynəlxalq Caz gününə həsr olunmuş “Jazzın sədaları” adlı sərgi və konsert proqramı keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.Konsertdən öncə ADMİU-nun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova çıxış edərək hər kəsi salamlayıb və tədbirin məqsədindən danışıb. Qeyd edib ki, […]

ADMIU-nun məzunu “Yeni adlar” layihəsində çıxış edib

Mədəniyyət Nazirliyinin 2022-ci ildən bəri keçirdiyi “Yeni adlar” layihəsi Azərbaycan ifaçılıq sənətinin inkişafında, bu sahədə yeni istedadlı nəslin tanınmasında və əlbəttə ki, parlaq ifaçıların yetişməsində böyük xidmət göstərir. Layihənin bu dəfəki təşəbbüsü M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutmuşdur. Görkəmli oftamoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş konsertdə K.Sen-Sans, M.Bruch, M.Ravel və S.Raxmaninov […]

ADMIU-nun məzunlar assosiasiyası yaradıldı

Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Məzunlar Assosiasiyasının yaradılması ilə bağlı konfrans keçirilib. Konfransda universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil ocağının hər zaman öz məzunlarına yüksək dəyər verdiyini və onlarla fəxr etdiyini vurğulayıb. Rektor qeyd […]

Xalq artisti Məmmədsəfa Qasimova “Vətən övladı” ordeni təqdim olunub

“Azərbaycan Dünyası” beynəlxalq dərgisinin və “Dədə Qorqud” Milli Fondunun İdarə Heyətinin 17 aprel 2024-cü il tarixli qərarı ilə Azərbaycan mədəniyyətinə əvəzsiz töhfələrini bəxş etdiyinə, milli incəsənət aləmində göstərdiyi misilsiz xidmətlərinə görə görkəmli kino və teatr aktyoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, Xalq artisti Məmmədsəfa Məmmədəli oğlu Qasımov “Dədə Qorqud” Milli Fondu və […]

ADMIU-da “Niyə incəsənət mühümdür?” mövzusunda konfrans keçirilib

Aprelin 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən növbəti “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: Niyə incəsənət mühümdür?” mövzusunda konfrans keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən məkan dəstəyi verilən konfransda universitetin tələbələri, ekspertlər və qonaqlar iştirak ediblər. Konfransın spikerləri- Əməkdar mədəniyyət işçisi Rahib Azəri, […]

ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Aprelin 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ADMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinə (THİK) yeni sədr seçkisi keçirilib. ADMİU-nun rektoru, professor Ceyran Mahmudova tədbiri giriş nitqi ilə açaraq Tələbə Həmkarlar İttifaqı Komitəsinin universitetin və eləcə də tələbələrin həyatındakı mühüm rolundan danışıb. ADMİU THİK-in keçmiş sədri Cavid Əhmədov sədrlik dövründə həyata keçirilən tədbirlər barəsində hesabat […]

ADMİU-DA “ÖZÜNÜDƏRKETMƏ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

Martın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin psixoloqu Aynur Rəhimovanın “Özünüdərketmə” mövzusunda təlimi baş tutub.Rəssamlıq fakültəsinin I kurs tələbələrinin iştirakı ilə keçirilən təlimdə mütəxəssis “Bizi biz edən məqamlar nələrdir?”, “Özünüdərketmə nədir?”, “Necə özümüzü daha yaxşı tanıya bilərik?” və sair kimi suallar ətrafında müzakirələr aparılıb.Psixoloq A.Rəhimova tələbələrin suallarını cavablandırıb.Təlim diskussiya şəklində davam edib.

ADMİU-nun həmkarlar ittifaqı komitəsinə seçki keçirilib

Martın 15-də Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki iclası keçirilib. İclasda universitetin rektoru professor Ceyran Mahmudova və fakültə dekanları, kafedra müdirləri, fakültə həmkarlar təşkilatlarının sədrləri, professor-müəllim heyəti iştirak ediblər. İclasa sədrlik edən ADMİU-nun professoru İlqar Hüseynov hesabat-seçki iclası və gündəlik haqqında məlumat verib. Sonra ADMİU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Səyavuş […]

ADMİU-da COP29 ilə bağlı iclas keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində COP29 ilə əlaqədar universitetdə keçiriləcək tədbirlər planı haqqında iclas baş tutub. İclasda nəzərdə tutulan tədbirlər müzakirə olunub.

ADMİU-nun professorları “Milli Teatr Mükafatı”na layiq görülüblər

Martın 11-də Akademik Milli Dram Teatrının “Milli Teatr Mükafatı”nın təqdimetmə mərasimi keçirilib. 10 Mart – Milli Teatr Gününə həsr olunan mərasimdə Azərbaycan teatrının tarixi və bu günü haqqında videoçarx nümayiş edilib. Mərasimdə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov nazir Adil Kərimlinin Milli Teatr Günü ilə bağlı təbrik məktubunu oxuyub. Tədbirdə Akademik Milli Dram Teatrının bədii rəhbəri, […]