ADMİU SABAH qruplarının tələbələri Qazaxıstanda uğurla çıxış ediblər

Qazaxıstanın Almatı şəhərində təşkil olunan Türk Dünyası Tələbə Tamaşaları festivalında ölkəmizi ADMİU-nun SABAH qrupları Aktyor sənəti ixtisası III kurs tələbələri təmsil edirlər.Tələbələrimiz Allahquliyev Rahib, Fərzəliyev Murad, Əhmədov Rüfət, Əliyeva Fatimə, Gərayli Sabir, Hənifə-zadə Elay, İsmayıl Firuzə və Quliyeva Ləman mayın 22-də Vilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış eyniadlı rok ballada ilə çıxış ediblər. […]

ADMİU beynəlxalq əlaqələrini genişləndirməyə davam edir

TÜRKSOY-un təşəbbüsü, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi və Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasının təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Türk dünyası Tələbə Teatrları festivalı çərçivəsində Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında rəsmi görüş baş tutub və iki tərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.  Memorandumu […]

ADMİU-nun müəllimləri Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərində iştirak ediblər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib

Mədəniyyət günləri çərçivəsində Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən təntənəli qala konsertdə, eləcə də Azərbaycan qədim musiqi alətləri ansamblının konsertində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları, tanınmış incəsənət xadimləri iştirak ediblər.Belə ki, ADMİU-nun Muğam sənəti kafedrasının müəllimləri- Xalq artisti, dosent Simarə İmanova, Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist, dosent […]

“BirgəKod – Azərbaycan Biznes Mədəniyyəti” kitabı ADMİU-da

Gənclər üçün hazırlanan “BirgəKod – Azərbaycan Biznes Mədəniyyəti” kitabı artıq universitetimizdədir. İnsan İnkişafı Forumu və Platforması layihələri çərçivəsində tərtib edilən “BirgəKod – Azərbaycan Biznes Mədəniyyəti” kitabının məqsədi Azərbaycanın milli-mənəvi dəyərlərinə və ənənələlərinə əsaslanan fundamental kompetensiyaları inkişaf etdirməklə gəncləri iş dünyasına hazırlamaqdır. Həmçinin, kreativ biznes və mədəniyyət sahələrində yeni iş yerlərinin yaradılmasını təşviq etmək, bu sahələrdə […]

Rektor Ceyran Mahmudovanın başçılığı ilə nümayəndə heyəti Qazaxıstanda keçirilən Beynəlxalq Tələbə Teatrları festivalında iştirak edirlər

ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın başçılığı ilə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova, rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Sitarə Abdullayeva, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov, müəllimlər Mikayıl Mikayılov, Ruslan İsmayılov və iştirakçı tələbələrdən ibarət nümayəndə heyəti 20-22 […]

Qoşulmama Hərəkatı Gənclər Təşkilatından ADMİU-da İnfo-sessiya

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının nümayəndələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) info-sessiya keçiriblər. Görüşün məqsədi Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri arasında fikir, baxış və perspektiv mübadiləsi aparmaq, onları qlobal çağırışlar barədə məlumatlandırmaq və davamlı inkişafa yönəlmiş birgə təşəbbüsləri təşviq etmək olub. Bu tədbir, Qoşulmama Hərəkatının 61 illik tarixi ərzində ilk dəfə olaraq 25–29 iyul […]

“Kreativ Gənclər Düşərgəsi II” uğurla reallaşıb

16-18 may tarixində “İdman Paytaxtı” Quba şəhərində “Kreativ gənclər II” düşərgəsi keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 120 nəfər tələbə iştirak edib. Düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, ADMİU nəzdində Humanitar Kollecin tələbələri də təmsil olunublar. Düşərgənin […]

Günel Anarqızının “Sərhədsiz səma” kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yazıçı, publisist Günel Anarqızının “Sərhədsiz səma” kitabının təqdimat mərasimi keçirilib. Ədəbiyyat və dillər kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə universitetin rektoru professor Ceyran Mahmudova, universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan kafedranın müdiri, professor Fəridə Səfiyeva Günel Anarqızını salamlayıb, onun yaradıcılığı haqqında geniş […]

ADMİU-nun tələbələri İİV-ə qarşı maarifləndirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) tərəfindən maarifləndirmə aksiyası keçirilib və müayinələr aparılıb.Mərkəzin təşəbbüsü ilə təşkil olunan aksiyada universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirdə ali təhsil ocağının tələbələrinə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat verilib. Təcrübəli […]

“Sürət və cürət” müsabiqəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib

Mayın 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının təşkilatçılığı ilə ənənəvi “Sürət və cürət” adlı III etüd müsabiqəsinin bağlanış konserti keçirilib. Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələrin və musiqisevərlərin iştirakı ilə baş tutub. 12-16 […]

ADMİU-da Xalq yazıçısı Kamal Abdulla və professor Rafiq Əliyevlə görüş keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Rafiq Əliyevlə görüş keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər. ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayaraq onların müəllifi olduqları “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq […]

ADMİU-nun bütün fakültələri “Açıq qapı” günlərini uğurla başa vurub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bütün fakültələrində “Açıq qapı” günləri baş tutub. Açıq qapı günlərində hər fakültə müvafiq ixtisaslar üzrə orta məktəblərin son sinif şagirdlərini, abituriyentləri qəbul edib, onları universitetin ab-havası, keçirilən ixtisaslarla tanış ediblər. Abituriyentlər, müəllimlər və valideynlər mayın 6-da iki fakültədə- Teatr sənəti və Rəssamlıq fakültəsində qonaq olublar. Onlar Rəssamlıq fakültəsində […]