ADMIU-da “Niyə incəsənət mühümdür?” mövzusunda konfrans keçirilib

Aprelin 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən növbəti “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: Niyə incəsənət mühümdür?” mövzusunda konfrans keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən məkan dəstəyi verilən konfransda universitetin tələbələri, ekspertlər və qonaqlar iştirak ediblər. Konfransın spikerləri- Əməkdar mədəniyyət işçisi Rahib Azəri, […]

ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Aprelin 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ADMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinə (THİK) yeni sədr seçkisi keçirilib. ADMİU-nun rektoru, professor Ceyran Mahmudova tədbiri giriş nitqi ilə açaraq Tələbə Həmkarlar İttifaqı Komitəsinin universitetin və eləcə də tələbələrin həyatındakı mühüm rolundan danışıb. ADMİU THİK-in keçmiş sədri Cavid Əhmədov sədrlik dövründə həyata keçirilən tədbirlər barəsində hesabat […]

ADMİU-DA “ÖZÜNÜDƏRKETMƏ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

Martın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin psixoloqu Aynur Rəhimovanın “Özünüdərketmə” mövzusunda təlimi baş tutub.Rəssamlıq fakültəsinin I kurs tələbələrinin iştirakı ilə keçirilən təlimdə mütəxəssis “Bizi biz edən məqamlar nələrdir?”, “Özünüdərketmə nədir?”, “Necə özümüzü daha yaxşı tanıya bilərik?” və sair kimi suallar ətrafında müzakirələr aparılıb.Psixoloq A.Rəhimova tələbələrin suallarını cavablandırıb.Təlim diskussiya şəklində davam edib.

ADMİU-nun həmkarlar ittifaqı komitəsinə seçki keçirilib

Martın 15-də Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki iclası keçirilib. İclasda universitetin rektoru professor Ceyran Mahmudova və fakültə dekanları, kafedra müdirləri, fakültə həmkarlar təşkilatlarının sədrləri, professor-müəllim heyəti iştirak ediblər. İclasa sədrlik edən ADMİU-nun professoru İlqar Hüseynov hesabat-seçki iclası və gündəlik haqqında məlumat verib. Sonra ADMİU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Səyavuş […]

ADMİU-da COP29 ilə bağlı iclas keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində COP29 ilə əlaqədar universitetdə keçiriləcək tədbirlər planı haqqında iclas baş tutub. İclasda nəzərdə tutulan tədbirlər müzakirə olunub.

ADMİU-nun professorları “Milli Teatr Mükafatı”na layiq görülüblər

Martın 11-də Akademik Milli Dram Teatrının “Milli Teatr Mükafatı”nın təqdimetmə mərasimi keçirilib. 10 Mart – Milli Teatr Gününə həsr olunan mərasimdə Azərbaycan teatrının tarixi və bu günü haqqında videoçarx nümayiş edilib. Mərasimdə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov nazir Adil Kərimlinin Milli Teatr Günü ilə bağlı təbrik məktubunu oxuyub. Tədbirdə Akademik Milli Dram Teatrının bədii rəhbəri, […]

ADMİU-da tələbə-teatrşünasların növbəti konfransı keçirilib

Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Arto epoxasının teatrı” mövzusunda tələbə elmi konfransı keçirilib. Konfransda universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr iştirak ediblər. ADMİU-nun prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova tədbiri giriş sözü ilə açaraq, teatrşünaslıq sahəsində bu cür konfransların, layihələrin keçirilməsini təqdirəlayiq hal kimi vurğulayıb və bu sənətin inkişafına mühüm […]

ADMİU-nun professoru «Sənətkar» medalı ilə təltif olundu

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər. Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunda keçirilən bayram tədbirini İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov idarə edib. Qonaqları salamladıqdan sonra o, bütün teatrsevərləri Milli […]

ADMİU ilə İnformasiya Texnologiyaları İnstitutunun elmi şuralarının birgə iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) elmi şuralarının birgə iclası keçirilib. Öncə ADMİU-nun rəhbərliyi və digər məsul əməkdaşları institutun AzScienceNet, Tədris-İnnovasiya, Multimedia Texnologiyaları və Elektron Kitabxana Mərkəzi ilə yaxından tanış olublar. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bu elmi qurumda IV Sənaye […]

ADMİU-nun da əməkdaşlığı ilə FTLRC2024 konqresi keçirilib

7-8 Mart tarixində “Future Trends In Leisure and Recreation” (FTLRC2024) adlı konqresinin onlayn görüşü baş tutub. Ankara Hacı Bayram Vəli Universiteti ilə Mingəçevir Dövlət Universiteti, Qırğızıstan-Türkiyə Manas Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə əməkdaşlığı nəticəsində təşkil olunan “Future Trends In Leisure and Recreation” (FTLRC2024) konqresi onlayn rejimdə fəaliyyətə başlayıb. Ankara Hacı […]

ADMİU-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Martın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Rəssamlıq fakültəsinin təşkil etdiyi sərgi-dəfilə keçirilib. Tədbirdə universitet rəhbərliyi, ADMİU-nun xanım əməkdaşları, tələbələr iştirak ediblər. ADMİU-nun kafedra müdiri, professor, Xalq rəssamı Arif Əziz başda rektor Ceyran Mahmudova olmaqla, universitetin bütün xanım əməkdaşlarını və xanım tələbələrini 8 mart Beynəlxalq Qadınlar […]

“İnsan nə istəyir” mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) psixoloqu Aynur Rəhimova tərəfindən “İnsan nə istəyir?” mövzusunda seminar keçirilib. Seminarda universitetin tələbələri iştirak ediblər.Psixoloq qeyd edib ki, bir çox yanaşmaya əsasən, insan mahiyyətcə günahkardır yaxud günah və ya cinayətə meyillidir. Misal üçün psixoanalitiklər insanın təməl və şüursuz təbiəti “sərbəst buraxılarsa” onun insest, cinayət və digər cəmiyyət tərəfindən […]