Fevralın 23-də KATALİZATOR ArtHub-ın “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsi çərçivəsində sonuncu görüş baş tutub. Görüşün 1-ci hissəsində London Metropoliton Universitetinin müəllimi, prodüser və mentor Manik Qovindanın “Böyük Britaniyada hüdudsuz teatr/ eksperimental performans” mövzusunda seminarı olub. Tədbirdə iştirak edən Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib, […]
ADMİU-nun tələbələri festivalın qalibi olublar
Nizami Kino Mərkəzində “CINEMO” Mobil Film Festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Yaradıcı Həftə” çərçivəsində start götürmüş CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə baş tutub. Devizi “Fikir çəkmə, telefona çək” olan festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha […]
ADMİU-nun prorektoru Elmi İşlər Üzrə Komitənin sədr müavini seçilib
Fevralın 21-də Avropa İttifaqının maliyyə dəstəyi ilə Bakı Biznes Universitetinin koordinatorluğunda həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması (ECAR) Layihəsi” çərçivəsində pilot olaraq yaradılmış Elmi İşlər üzrə Komitənin növbəti iclası keçirilib. İclasda açılış nitqi ilə çıxış edən Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov layihənin Azərbaycan ali təhsilinə verdiyi və verə biləcəyi töhfələr barədə ətraflı bəhs […]
Rusiyanın Aleksandrinski Teatrının nümayəndə heyəti ADMU-da qonaq olub
Fevralın 19-da Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) nümayəndə heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar. Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) direktoru Sergey Yemelyanov, direktor müavinləri Danil Tolmaçev və Alisa Naumenkonun təmsil olunduğu nümayəndə heyətini qəbul edən ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində salamlamaqdan […]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Dövrün görkəmli ədəbi simalarının və məşhur sənət adamlarının tədrisə cəlb edildiyi Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən müddət ərzində Universitet milli mədəniyyətin və incəsənətin tərəqqisi işinə mühüm […]