ADMİU-da Beynəlxalq Muzeylər Günü münasibətilə tələbə elmi konfransı keçirilib

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsi Muzeyşünaslıq və turizm kafedrasının təşkilatçılığı ilə “Yeni texnologiyaların mədəniyyətə tətbiqinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda tələbə elmi konfransı keçirilib. Tədbirdə universitetinin müxtəlif ixtisaslarında təhsil alan tələbələr, Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov, Muzeyşünaslıq və turizm kafedrasının müdiri, dosent […]

Muğamın azad Ağdama Böyük Qayıdışı – Şahanə Müşfiq yazır

AĞDAMDA YENİ MUĞAM MƏRKƏZİNİN AÇILIŞI İLƏ BAĞLI MƏDƏNİYYƏT NÜMAYƏNDƏLƏRİNİN TƏƏSSÜRATLARI Şahanə MÜŞFİQ Otuz ilin sükutunu bir səs pozdu – muğam səsi. Bu səs torpağın alt qatından, dağıdılmış evlərin, viran qalmış həyətlərin, külə dönmüş səhnələrin altından süzülüb, yaddaşlara hopmuş iztirabların üstündən uçub, azadlığa çıxan bir xalqın ürəyindən gəldi. Qəlblərdə gizlənən, dillərdə nisgillə çəkilən bir səs idi […]

ADMİU-da orqan donorluğu ilə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) orqan donorluğu ilə bağlı “Mən nə üçün donor olmaq istəyirəm?” adlı maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva orqan donorluğunun əhəmiyyəti haqqında danışıb, insan həyatı üçün olduqca əhəmiyyətli olan bu mövzu ilə bağlı cəmiyyətimizin daha çox maariflənməsinə […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının təşkilatçılığı ilə ənənəvi “Sürət və cürət” III etüd müsabiqəsinin açılış konserti keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı Beynəlxalq Muğam Mərkəzində ADMİU rəhbərliyinin, professor-müəllim heyətinin, tələbələrin və musiqisevərlərin iştirakı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova artıq 3-cü dəfədir keçirilən və ənənə halını alan müsabiqənin əhəmiyyətindən danışıb, onu tələbələrin öz praktiki bacarıqlarını artırmaları, Azərbaycan və […]

“AZƏRBAYCANDA KİTABXANA İŞİNİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ” ADLI TƏLƏBƏ ELMİ-PRAKTİKİ SEMİNAR

ADMİU-nun Kitabxana-informasiya mərkəzi tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyev mərhələsi” adlı tələbə elmi-praktiki seminar keçirilmişdir. Tədbirin məqsədi Ümummilli liderimiz Heydər Əliyevin kitabxana işinə verdiyi töhfələrin elmi baxımdan təhlili və bu sahədə gənc tədqiqatçıların fəallığını artırmaq olmuşdur. Seminarda ADMİU-nun Kulturologiya fakültəsinin sonuncu təhsil ilinin Kitabxana-informasiya mərkəzində istehsalat təcrübəsində olan […]

ADMİU-nun doktorantı Avropa Kino Akademiyasına üzv seçilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) doktorantı, 2022-ci il Prezident mükafatçısı, rejissor Azər Quliyev dünya nüfuzlu Avropa Kino Akademiyasına (European Film Academy) üzv seçilib.Qeyd edək ki, Azərin son ekran əsəri “Sanki Yoxsan” keçən il Kann film festivalının əsas müsabiqəsində yer alaraq Azərbaycan kino tarixində azərbaycanlı rejissorun Kann festivalının əsas müsabiqəsinə seçilməklə bir tarixi ilkə […]

ADMİU-nun rektoru Ceyran Mahmudova Ağdam Muğam Mərkəzinin açılışında iştirak edib

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam Muğam Mərkəzinin açılış mərasimi və konsert proqramı keçirilib.Mərasimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova və ADMİU-da pedaqoji fəaliyyətlə məşğul olan bir sıra sənətkarlarımız da iştirak ediblər.ADMİU-nun Muğam sənəti kafedrasının müdiri, Xalq artisti […]

ADMİU-nun müəllimləri Prezident Mükafatına layiq görülüblər

Prezident İlham Əliyev bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin mükafatlarının verilməsi ilə bağlı Sərəncam imzalayıb.Səhnə fəaliyyəti ilə bağlı Azərbaycan Prezidentinin mükafatlarını alacaq aparıcı incəsənət xadimləri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) pedaqoji fəaliyyətlə məşğul olan sənətkarlarımız da var. Belə ki, ADMİU-nun Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, ADMİU-nun baş müəllimi […]

Türk Dünyası Rəsm Qalereyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Zirə Mədəniyyət Mərkəzi – Eko Park ərazisində yerləşən Türk Dünyası Rəsm Qalereyasında “AzərEnerji” ASC-nin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sərgi keçirilib. Sərgidə görkəmli və gənc rəssamların müxtəlif janr və texnikalarda işlənmiş sənət əsərləri nümayiş olunub. Tədbirin açılışında Art-direktor, rəssam Məzahir Rüstəmov çıxış edərək qonaqları salamlayıb, sərginin ideyası, məqsədi […]

ADMİU-nun kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi və kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Fəxri xiyabanda dahi liderin məzarını ziyarət ediblər.Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edən rektor Ceyran Mahmudova və universitet kollektivi abidə önünə əklil və gül dəstələri qoyublar.

ADMİU-da Karyera Günü keçirilib

Azərbaycan Dövlət Mədəniyyər və İncəsənət Universiteti (ADMİU) tələbə və məzunlarının karyeraları ilə bağlı mütəmadi görüşlər və tədbirlər həyata keçirir. Əmək bazarının nümayəndələri ilə sahə üzrə aparılan peşəkar müzakirələr tədrisin müasir tələblərə görə təşkilində önəmli rol oynayır.Mayın 8-də Sinteks Şirkətlər Qrupunu ilə birgə ADMİU-nun Rəssamlıq və Audiovizual sənətlər fakültələrinin tələbələri üçün karyera günü təşkil olunub.Sinteks Şirkətlər […]

ADMİU-nun baş müəllimi Kənan Bağırov “Heydər Əliyev” Fəxri Media Mükafatı ilə təltif edilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Sosial – mədəni fəaliyyət” kafedrasının baş müəllimi Kənan Bağırov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı və Media Araşdırma Mərkəzi tərəfindən “H.Əliyevin anadan olmasının 102 illiyi” münasibəti ilə “Heydər Əliyev” Fəxri Media Mükafatı ilə təltif edilib. Mükafatın təqdim edilməsi İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində Ümummilli […]