Kitabxana-İnformasiya Mərkəzinə musiqi sahəsinə dair mütəmadi olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən yeni nəşrlər hədiyyə olunur. Artıq bir neçə ildir ki, Milli Kitabxananın “Milli musiqi xəzinəmizdən” adlı layihə çərçivəsində görkəmli Azərbaycan bəstəkarlarının ötən əsrin 40-80-ci illərində çap olunan və hazırda kitabxananın Arxiv Fondunda mühafizə edilən nadir not məcmuələrini yenidən nəşr edərək mütəxəssislərin istifadəsinə verilir. Çap və […]
ADMİU ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının əməkdaşlığı
Kino sənətinin müxtəlif sahələri üzrə çap məhsullarının tərtibi, nəşri və təbliği istiqamətində Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə ADMİU arasında əməkdaşlıq uğurla davam edir. Təşkilatın əsas prioritetlərindən biri kimi çapdan çıxan kino sahəsinə dair nəşrlər mütəmadi ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə olunaraq ixtisaslı oxucu auditoriyasının nəzərinə çatdırılır. AKİ ilə universitetin aktiv əməkdaşlığının bariz nümunəsidir ki, bugünlərdə təşkilatın […]
20 yanvar
Kitabxana-İnformasiya Mərkəzinin “20 Yanvar” ümumxalq hüzn günü ilə əlaqədar təşkil etdiyi sərgi.
Tofiq Kazımov-100
Bu gün Azərbaycanın tanınmış teatr rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən virtual sərgi hazırlanıb. İnternet mühitində geniş oxucu auditoriyasının diqqətinə təqdim olunan sərgidə Tofiq Kazımovun müəllifi olduğu əsərlər, onun haqqında yazılan kitablar, dövri mətbuat səhifələrində dərc edilən […]
Rəqəmsal kitabxana – kinoşünaslıq və ekran dramutgiyasına dair nəşrlər
Kitabxana-İnformasiya Mərkəzinin rəqəmsal məlumat bazasında ADMİU-nun “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrası üzrə tədris olunan fənlərə dair nəşrlərin elektron versiyası Sizə təqdim olunur. Bazaya daxil olan kitabları virtual mühitdə oxumaq üçün aşağıdakı link və ya QR-koddan istifadə edə bilərsiniz.https://bit.ly/3R9pjis
Xalq rəssamı Arif Əzizin 80 illik yubileyi münasibətilə virtual sərgi
ADMİU-nun “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının müdiri, professor, “Şöhrət” ordenli, Əməkdar incəsənət xadimi, Xalq rəssamı Arif Əzizin 3 yanvar 2023-cü il tarixində 80 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar olaraq universitetin Kitabxana-İnformasiya Mərkəzi “Rənglərin harmoniyası” adlı layihə çərçivəsində A.Əzizin yaradıcılığını əks etdirən nəşrlərdən ibarət virtual sərgi hazırlayaraq geniş oxucu auditoriyasına təqdim edir. Dəyərli müəllimimizi […]
Rəqəmsal kitabxana – səhnə danışığına dair nəşrlər
Kitabxana-İnformasiya Mərkəzinin rəqəmsal məlumat bazasında ADMİU-nun “Səhnə danışığı” kafedrası üzrə tədris olunan fənlərə dair tədris nəşrlərinin elektron versiyası informasiya tələbatçılarına təqdim olunur. Bazadan aşağıdakı link və ya QR-kod vasitəsilə tanış ola bilərsiniz. https://admiu.edu.az/kitabxana/kafedralar/Sehne_danishigi.pdf
Mədəniyyət sahəsinə dair yeni tədris nəşri
ADMİU-nun Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrasının dosenti, kulturologiya üzrə fəlsəfə doktoru Aygün Eyvazlının yeni dərs vəsaiti çap edilmişdir. “Azərbaycanda gender problemi: yaranması və inkişaf xüsusiyyətləri” adlı tədris nəşri gender anlayışı, qadın hərəkatları, gender və mədəniyyət, tərbiyə prosesində gender xüsusiyyətlərinin nəzərə alınması, gender streotipləri və Azərbaycan mədəniyyətində gender problemi kimi mühüm və aktual mövzuları əhatə edir. […]
Emin Sabitoğlu – 85
ADMİU Kitabxana-İnformasiya Mərkəzi “Musiqi dünyamız” layihəsi çərçivəsində hazırladığı “Emin Sabitoğlu – 85” adlı videoçarxı geniş oxucu auditoriyasına təqdim edir. Burada Azərbaycanın görkəmli bəstəkarı və ifaçısı, «Şöhrət» ordenli Xalq artisti, bir sıra məşhur mahnıların və çoxsaylı Azərbaycan filmi və tamaşalarının musiqi müəllifi Emin Sabitoğlunun zəngin yaradıcılıq irsi işıqlandırılır. Bəstəkarın yaradıcılığını əks etdirən yeni nəşrlər və onun […]
Gülşad Baxşiyeva-70
Dekabr ayının 12-də ADMİU-nun “Dram teatrı və kino aktyoru” kafedrasının müdiri, Əməkdar artist, professor Gülşad Eynulla qızı Baxşıyevanın 70 illik yubileyi tamam oldu. Sevimli aktrisamız Gülşad xanım 1952-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda professor Mehdi Məmmədovun kursunu bitirib. 1975-1985-ci illər ərzində S.Rəhman adına Şəki Dövlət Dram Teatrında […]
Kitabxana-İnformasiya Mərkəzinin rəqəmsal məlumat bazaları zənginləşir
Dəyərli oxucular,ADMİU Kitabxana-İnformasiya Mərkəzi rəqəmsal məlumat bazalarını zənginləşdirməyə davam edir. Aşağıdakı link və ya QR-kod vasitəsilə ADMİU-nun “Ədəbiyyat və dillər” kafedrasında tədris olunan fənlər üzrə nəşrlərin elektron versiyası ilə tanış ola bilərsiniz. Digər kafedralar üzrə nəşrlərin rəqəmsal məlumat bazaları haqqında mütəmadi məlumatı Sizə təqdim edəcəyik.
Mədəniyyət Nazirliyi Hüseyn Cavidin ev muzeyinin kitab hədiyyəsi
Bugünlərdə ADMİU Kitabxana-İnformasiya Mərkəzinə dahi dramaturq, filosof-şair Hüseyn Cavidin yaradıcılığını əks etdirən kitablar hədiyyə olunub. Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyi tərəfindən təqdim olunan Azərbaycan və rus dillərində Məmməd Cəfərin “Hüseyn Cavid” adlı monoqrafiyası 2019-cu ildə çap olunub.Kitab Hüseyn Cavid yaradıcılığının ilk monoqrafik tədqiqatçısı, akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyniadlı monoqrafiyasının yeni tərtibatda […]













