ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Əli Əmirlinin «Ustad dərsləri» adlı yeni kitabı çap olunub.
Kitabxanaçılıq və informasiya fəaliyyətinə dair yeni tədris nəşri
Kitabxana-İnformasiya Mərkəzinin fonduna ixtisasyönümlü yeni tədris ədəbiyyatı daxil olub. ADMİU-nun “Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Elman oğlu Məmmədovun ingilis dilində yeni çap edilmiş “History of books and libraries in Azerbaijan” (Azərbaycanda kitab və kitabxana tarixi) adlı dərs vəsaiti alimin uzunmüddətli elmi-pedaqoji və fundamental tədqiqatçılıq fəaliyyətinin nəticəsidir. Tədris nəşri E.Məmmədovun […]
ADMİU-da “Hüseyn Cavid və dünya romantizmində şərq-qərb təmasları” mövzusunda beynəlxalq tədbir təşkil olunub
Noyabr ayının 30-da ADMİU-da Azərbaycanın dahi dramaturqu, filosof-şair Hüseyn Cavidin 140 illik yubleyinə həsr olunmuş “Hüseyn Cavid və dünya romantizmində Şərq-Qərb təmasları” adlı konfrans keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyi ilə birgə təşkil edilən beynəlxalq konfransa Azərbaycan, Özbəkistan və Türkiyəli alim və tədqiqatçılar böyük ədibin zəngin həyat və yaradıcılığına həsr olunmuş məruzərlə […]
“Emin Sabitoğlu. Biblioqrafiya” kitabının və “Emin Sabitoğlu. Sonatına” not məcmuəsinin təqdimat mərasimi keçirilib
Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin M.F.Axundzadə adına Milli Kitabxana ilə birgə nəşr etdiyi “Emin Sabitoğlu. Biblioqrafiya” kitabının və “Emin Sabitoğlu. Sonatina” not məcmuəsinin təqdimat mərasimi keçirilib.
“Paşa Həyat Sığorta” şirkətinin yeni kitab hədiyyəsi
ADMİU-ya “Paşa Həyat Sığorta” ASC tərəfindən yeni çapdan çıxmış 4 adda 235 nüsxə nəşr hədiyyə olunub. Kitabxana-İnformasiya Mərkəzinin müraicəti əsasında təqdim olunan kitablar Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC, “Azərbaycan Hava Yolları” QSC və “IRS Publishing House”un birgə həyata keçirdiyi “İRS” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib. Azərbaycan, rus və ingilis dillərində “Salam, Azərbaycan!”, “Qarabağın qara […]
ADMİU-ya ədəbiyyatşünaslığa dair monoqrafik nəşrlər hədiyyə olunub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, professor Salidə Şərifova əsərlərini ADMİU-ya hədiyyə edib. Ədəbiyyatşünaslıq sahəsindən bəhs edən, Azərbaycan və rus dillərində nəşr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” (2022), […]
Kitabxananın fonduna yeni daxil olan nəşr
Azərbaycan alimi, ictimai xadim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın yeni çoxcildli kitabları ADMİU-ya hədiyyə olunub. Xalq yazıçısının 7 cilddən ibarət “Seçilmiş əsərləri”nin 1-ci cildinə onun üç romanı və haqqında məlumat, 2-ci cildinə bir romanı, bir povesti və hekayələri, 3-cü cildinə şeirləri, esseləri, pyesləri, 4-cü cildinə “Kitabi-Dədə Qorqud” tədqiqatları, […]
“Fokus” kino jurnalının yeni nəşri
Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə və təşkilatı dəstəyilə nəşr olunan, kino peşəkarları və kino həvəskarlarının maraqla izlədiyi “Fokus” analitik kino jurnalının 11-ci sayı çap olunub. Jurnalın bu nəşrində yeni müəlliflərdən Rəhman Bədəlov, Nadir Bədəlov, Aygün Aslanlı, Sevda Sultanova, Hacı Səfərov, Elxan Xanəlizadə, Aliyə Dadaşova ilə yanaşı, artıq öz imzaları ilə tanınmış kinoşünaslardan Qismət Rüstəmov, Elçin Şamili […]
Yeni not nəşrləri oxucuların istifadəsinə verilib
Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan Milli Kitabxanası tərəfindən xalqımızın zəngin musiqi xəzinəsini özündə əks etdirən yeni not nəşrləri hədiyyə olunub. İncəsənət tariximizdə özünəməxsus sənətkarlıq yolu keçmiş 15 müxtəlif tanınmış bəstəkarın ayrı-ayrılıqda yaradıcılığından nümunələrin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət pyeslərin toplandığı bu nəşrlər “Milli musiqi xəzinəmizdən” adlı layihəsi çərçivəsində çapdan çıxıb.ADMİU-da Musiqi sənəti fakültəsində təhsilin sənəd-informasiya təminatında […]
ADMİU-ya hədiyyə olunan tədris nəşrləri
Kitabxana-İnformasiya Mərkəzinə AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən profilə uyğun tədris nəşrləri hədiyyə edilib. MEK tərəfindən 15 Sentyabr – “Bilik Günü” və 18 sentyabr – “Milli Musiqi Günü” münasibətilə həyata keçirilən kitab bağışlama aksiyası çərçivəsində ADMİU-ya təqdim olunan nəşrlər mədəniyyət və incəsənət sahələrinə dair dəyərli kitab və notlardan ibarətdir. Ümumilikdə, 83 adda 349 nüsxə ədəbiyyatı […]
ADMİU-nun kitabxanalararası sənəd-informasiya mübadiləsi
Respublikanın ali təhsil müəssisələri kitabxanalarının elmi-metodiki mərkəzi olan Bakı Dövlət Universitetinin Elmi Kitabxanası müvafiq kitabxana fondlarının çap məhsullarından daha səmərəli istifadənin təşkil edilməsi məqsədilə sənəd-informasiya resurslarının mübadiləsini uğurla davam etdirir. Bununla əlaqədar BDU-nun Elmi Kitabxanası tərəfindən ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fonduna 50 nüsxə nəşr hədiyyə olunub. Dramaturgiyaya dair kitablar Azərbaycan, rus və dünya ədəbiyyatının […]
ADMİU-nun dosentinin yeni dərs vəsaiti nəşr olunub
Musiqi sənəti fakültəsinin dekan müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Qasımovanın yeni “Dirijorluq texnikası” adlı dərs vəsaiti çapdan çıxıb. Kitabda dirijor sənətinin mahiyyəti açıqlanır, dirijorun ifa olunan əsərin interpretatoru, dinləyici kütləsinin zövqünün tərbiyəçisi, yerli və dünya musiqi mədəniyyətində bütün qabaqcıl, yüksək bədiiliyə malik elementlərin təbliğatçısı kimi missiyası hərtərəfli şəkildə təqdim edilir. Müəllif dirijorluq texnikası, […]













