Kitabxana-İnformasiya Mərkəzinin şəxsi kitab kolleksiyaları

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fondunda müxtəlif incəsənət xadimlərinin və professor-müəllim heyətinin təqdim etdiyi şəxsi kitab kolleksiyaları xüsusi yer tutur. Şəxsi kitab kollek¬si¬ya¬ları fondlarının təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş inno¬va¬tiv prosesin tərkib hissəsi kimi oxucuların marağını cəlb edir. Mərkəzdə Gülşən Əliyeva-Kəngərli, Sevil Kərimova, Fatimat Məmmədova, Nadir Bədəlov, Sahib Novruzov, Zakir Abbas, […]

Mədəniyyət və incəsənətə dair yeni sənəd-informasiya resursları

ADMİU Kitabxana-informasiya Mərkəzinin sənəd-informasiya fondunun cari komplektləşdirilməsi uğurla davam edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən profilə uyğun 28 adda 155 nüsxə hədiyyə olunan yeni nəşr fondumuzu xeyli zənginləşdirib. Respublika Kitabxana Kollektoru tərəfindən bağışlanan ixtisas yönümlü Azərbaycan, rus və ingilis dillərində çap olunmuş kitablar mədəniyyət və incəsənətin müxtəlif sahələrini əhatə edir.Bu nəşrlərdən R.Bəhmlinin “Azərbaycanın qədim rəqs […]

“Xalq əmanəti” layihəsindən növbəti nəşrlər

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinə Xalq Bankın “Xalq Əmanəti” layihəsindən olan son nəşrləri hədiyyə olunub. Mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyan bu layihə Xalq Bank tərəfindən 2010-cu ildən etibarən uğurla həyata keçirilir. Layihə çərçivəsində çap edilən kitablar azərbaycan, ingilis və rus dillərində nəşr olunur. Sənəd-informasiya resursları fonduna yeni daxil olan dünya […]

ADMİU Kitabxana-İnformasiya Mərkəzində tələbələrin təcrübəsi yekunlaşıb

Bu il fevral ayının 18-dən universitetin Kulturologiya fakültəsinin IV kurs və ADMİU nəzdində Bakı Humanitar Kollecin III kurs Kitabxanaçılıq və informasiya ixtisası üzrə tələbələri Kitabxana-informasiya Mərkəzində təcrübə keçiblər. Təcrübədə iştirak edən 15 nəfər tələbənin hamısı müvafiq qaydada təlimatlandırıldıqdan sonra mərkəzin iş şəraiti və fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumatlandırılıblar.Mərkəzdə tətbiq olunan “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana Sistemi […]

ADMİU Türkiyə təcrübəsi əsasında akademik kitabxanaların fəaliyyət istiqamətləri mövzusunda keçirilən vebinarda iştirak edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə 23 may tarixində “Dördüncü Sənaye İnqilabı dövründə akademik kitabxanaların fəaliyyət istiqamətləri (Türkiyə təcrübəsi)” mövzusunda keçirilən vebinarda ADMİU Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları iştirak edib. Vebinarda Türkiyə universitetlərindən aparıcı mütəxəssislər dördüncü sənaye inqilabı dövründə Türkiyənin qabaqcıl akademik kitabxanalarının fəaliyyəti, kitabxana proseslərində yeni texnoloji həllər, beynəlxalq məlumat bazaları və onların […]

Milli Azərbaycan Tarixi Muzeyinin kitab hədiyyəsi

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fondu Vətən tarixinə və muzey işinə dair yeni çap olunmuş nəşrlərlə zənginləşib. AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hədiyyə olunan kitablar görkəmli tarixçi alimlərin əsərlərini özündə əks etirir. Azərbaycan, türk və rus dillərində çap edilmiş bu nəşrlər tariximizin müxtəlif dövrlərini və incəsənət sahəsini əhatə etməklə yanaşı, muzeyin zəngin kolleksiyası əsasında […]

ADMİU professorunun çap olunmuş yeni əsəri

ADMİU-nun “Teatrşünaslıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü Aydın Talıbzadənin yeni kitabı nəşr edilib. Yazıçının “Ramana” adlı romanında hadisələr üç müxtəlif müstəvidə şəbəkələnir və üç mühüm predmetin iştirakı ilə yığılır: Nərd, Telefon və Telekamera. Belə ki, romanda hər üç predmet əsərin dilsiz […]

Kitabxana fəaliyyətində yeni texnoloji həllər

12 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində “Kitabxana fəaliyyətində yeni texnoloji həllər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ADMİU Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova iştirak edib. İnformasiyanın toplanması, emalı, qorunması və ötürülməsində kitabxanaların rolundan bəhs edilən tədbirdə ali məktəblərin kitabxana işi sahəsindəki yenilik və […]

ADMİU Kitabxana-İnformasiya Mərkəzinin beynəlxalq sənəd mübadiləsi davam edir

ADMİU Kitabxana-İnformasiya Mərkəzi Rusiyanda incəsənət tarixinin öyrənilməsi üzrə aparıcı mərkəz olan Dövlət İncəsənət Elmləri İnstitutu tərəfindən nəşr edilən “Şərqin teatr və tamaşa formaları” (Театр и зрелищные формы Востока) adlı məqalələr məcmuəsinin 5-ci sayını əldə ədib.Bu toplu Şərqin ənənəvi teatrına həsr olunmuş silsilə məqalələrin nəşrini davam etdirir. Jurnalın bu sayında Şərq teatr tarixi sahəsində tədqiqat aparan […]

ADMİU-da Ebsco beynəlxalq akademik informasiya bazası

ADMİU Kitabxana-İnformasiya Mərkəzində universitetin professor-müəllim və tələbə heyəti 205000-dən artıq elektron kitabı əhatə edən və dünyanın ən geniş onlayn beynəlxalq elmi tədqiqatlar və nəşrlər bazası olan EBSCO eBook Akademik Kolleksiyasından istifadə imkanı əldə edib. Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun təqdim etdiyi kolleksiyadan ödənişsiz istifadə 2022-ci ilin 1 may tarixindən etibarən 3 ay müddətinə ADMİU-nun əsas binasında […]

Milli Azərbaycan Tarixi Muzeyinin kitab hədiyyəsi

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fondu Vətən tarixinə və muzey işinə dair yeni çap olunmuş nəşrlərlə zənginləşib. AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hədiyyə olunan kitablar görkəmli tarixçi alimlərin əsərlərini özündə əks etirir. Azərbaycan, türk və rus dillərində çap edilmiş bu nəşrlər tariximizin müxtəlif dövrlərini və incəsənət sahəsini əhatə etməklə yanaşı, muzeyin zəngin kolleksiyası əsasında […]

Kitab mədəniyyəti üçün mühüm tarix – Tamilla Əsgərova yazır

Hər il aprelin 23-ü “Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd olunur. Bu tarixin seçilməsi dünya ədəbiyyatının öz yaradıcılıq ənənələri ilə seçilən üç böyük dühası – Migel de Servantes, Uilyam Şekspir və İnka Qarsilaso dela Veqanın vəfatı ilə bağlıdır. UNESCO-nun 1995-ci ildə Parisdə keçirilən Baş Konfransında qəbul olunmuş qərarla kitaba və müəlliflərə hörmət əlaməti […]