Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Müşfiq qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə keçirilən “Azərbaycan əsgəri” adlı layihədə iştirak edib. Tədbir iştirakçıları öncə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükut ilə yad edib. Sonra Estrada sənəti kafedrasının baş müəllimi və “Azərbaycan əsgəri” layihəsinin rəhbəri Gülnarə Allahverdiyevanın ifasinda “Sarı gəlin” xalq mahnısı səslənib.Daha sonra konsertdə Musiqi […]
Admiu-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd edilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Universitetin professor-müəllim, tələbə heyətinin iştirak etdiyi tədbirdə SABAH qrupu, Teatr sənəti və Musiqi sənəti fakültələrinin tələbələri M.P.Vaqifin ədəbi irsindən ibarət musiqili ədəbi-bədii kompozisiyalar hazırlayıb. Tədbir boyu tələbələrin ifasında “Bəri bax”, “Qurban […]
Əməkdar artist Gülşad Baxşiyevanı 65 illik yubileyi münasibətilə təbrik edirik
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Dram teatrı və kino aktyoru kafedrasının müdiri, Əməkdar artist Gülşad Baxşıyevanı 65 illik yubileyi münasibətilə professor-müəllim və tələbə heyəti adından təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.
Gənc sosial işçilər dərnəyi Admiu tələbələri ilə görüşüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Elmi Cəmiyyəti və Kulturologiya fakültəsinin təşkilatçılığı ilə Gənc Sosial İşçilər Dərnəyi Sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələri ilə görüşüb. Görüşdə Universitetin Kulturologiya fakültəsinin II kurs tələbələri Şalan Novruzov və Aytac Talıbova, GSİD-in sədr müavini Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Cəmil Əhməd tələbələrə dərnək haqqında […]
İngilis dilində “Azərbaycan xalçası ensiklopediyası” nəşr olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar mədəniyyət işçisi Röya Tağıyevanın ingilis dilində “Azərbaycan Xalçası Ensiklopediyası” nəşr olunub.Şərq-Qərb Nəşriyyat və Poliqrafiya Evi tərəfindən nəfis tərtibata malik olan “Azərbaycan Xalçası Ensiklopediyası” 626 səhifədən, 400-ə yaxın yüksək keyfiyyətli illüstrasiyadan və elmi ədəbiyyatlar siyahısından ibarətdir. Hər bir illüstrasiyanın mənbəyi eksponatın toxunduğu […]
Admiu-da “Üçüncü günün adamı” tammetrajlı bədii filmi nümayiş olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kiçik zalında professor-müəllim və tələbə heyətinin iştirakı ilə quruluşçu operatoru Kino-televiziya sənətləri kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Rafiq Quliyev olan “Üçüncü günün adamı” tammetrajlı bədii film nümayiş olunub.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalı olan psixoloji dram janrında çəkilmiş film Kəlbəcər rayonundan olan, […]
Admiu-nun professor-müəllim və tələbə heyəti ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini anıb
Bu il 12 dekabrda Azərbaycan xalqının Ümummilli lideri görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin vəfatından 14 il ötür və bu tarixi dünya azərbaycanlıları Dahi şəxsiyyətin anım günü kimi qeyd edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim və tələbə heyəti də öz növbəsində Heydər Əliyevin əziz xatirəsini Universitetdə yerləşən büstü qarşısına əklil qoyub, […]
Hüsnilə Məhərrəmovanın Admiu tələbələri ilə görüşü
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi, “BİR” tələbə-könüllülərinin təşəbbüsü ilə hər zaman fərqli yanaşması ilə televiziya məkanında seçilən pozitiv tele-aparıcı Hüsniyə Məhərrəmovanın tələbələr ilə görüşü keçirilib.Tədbirdə Universitetin rektoru professor Fərəh Əliyeva qonağı salamlayaraq, onun televiziyaya gəldiyi ilk günləri xatırladıb, bu günə qədər maneələr və çətinliklərə baxmayaraq əzmkarlıq ilə nail olduğu […]
Admiu-da “Suyun rəngli yuxuları” adlı sərgi keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” sərgi salonunda Rəssamlıq fakültəsinin tələbəsi Nərmin Fərəcovanın “Suyun rəngli yuxuları” adlı layihəsi baş tutub. Tədbirdə Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva, Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova tələbəyə gələcək fəaliyyətində uğurlar arzulayıb. Tələbə Nərmin Fərəcova da öz növbəsində Ebru sənəti […]
Admiu-da “Ümid” qısametrajlı tələbə filmi nümayiş olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə ötən il baş vermiş qəzada itgin düşən neftçilərə həsr olunmuş “Ümid” qısametrajlı filmi nümayiş olunub. Filmin ssenari və ideya müəllifi Universitetinin Kino və televiziya fakültəsinin II kurs tələbəsi Hökümə Sadıq qızına məxsusdur.Tədbirdə professor-müəllim və tələbə heyəti tərəfindən öncə itgin düşən neftçilərin əziz xatirəsi […]
“Nar bağı” filminin yaradıcı heyəti Admiu tələbələri ilə görüşüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissor İlqar Nəcəfin “Nar bağı” filmi nümayiş olunub. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə ekran əsərinin nümayişindən sonra yaradıcı heyət tələbələr ilə görüşüb.Tədbirdə Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Məryəm Əlizadə Teatrşünaslıq kafedrasının professoru, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə və Əməkdar incəsənət xadimi, dosent Əli Əmirli […]
Admiu tələbəsinin “Suyun rəngli yuxuları” adlı layihəsi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Nərmin Fərəcovanın Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Suyun rəngli yuxuları” adlı layihəsi baş tutub.Layihənin açılışında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qadirov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Universitetin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Aslan Xəlilov çıxış edərək, layihə […]


