ADMİU-nun tələbələri Tibb Festivalında iştirak ediblər

Mayın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin (TEYC) sədri Ülkər Rzayeva və TEYC-in üzvləri- birinci kurs tələbələri Azərbaycan Tibb Universitetinin 95 illiyinə və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Tibb Festivalında iştirak ediblər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbir […]

ADMİU-nun tələbələri Heydər Əliyev muzeyini ziyarət ediblər

7-8 may tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil olunan açıq qapı günü çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin (TEYC) sədri Ülkər Rzayeva və tələbələr Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzey əməkdaşları tərəfindən tələbələrə dahi liderin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib, eksponatlar yaxından […]

ADMİU-da “102-ci ilin işığında Heydər Əliyev irsinə elmi baxış” adlı elmi-praktik seminar keçirilib

Mayın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “102-ci ilin işığında Heydər Əliyev irsinə elmi baxış” adlı elmi-praktik seminar keçirilib.Elmi-praktik seminarın məqsədi dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsinin elmi aspektdən öyrənilməsi, xüsusilə də gənc tədqiqatçılar tərəfindən […]

ADMİU-nun tələbəsi Beynəlxalq Film Festivalında iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının magistr tələbəsi Pərviz Ələkbərli Türkiyənin Ege Universitetinin ev sahibliyi ilə baş tutan II Beynəlxalq Turan Film Festivalında iştirak edərək mükafat qazanıb.Film Festivalı Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ege Universiteti, TÜRKSOY və Kino Baş Müdirliyinin əməkdaşlığı ilə təşkil edilib.Festivalda ölkəmizi təmsil edən […]

ADMİU-da “Uşaqlıq travmaları” mövzusunda seminar keçirilib

Mayın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Sosiologiya ixtisasının 2-ci kurs tələbələri Əlicanlı Nazənin və Əliyeva Günayın “Uşaqlıq travmaları” mövzusunda seminarı keçirilib. Birinci tədris ili tələbələri üçün nəzərdə tutulmuş seminarın əsas məqsədi uşaqlıq dövründə yaşanan travmaların insan psixikasına, sosial münasibətlərinə və cəmiyyətə inteqrasiyasına təsirini sosioloji yanaşma ilə izah etmək idi. Məruzəçi tələbələr həm […]

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir və konfrans keçirilib

Mayın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə “Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasəti” mövzusunda tədbir keçirilib.Tədbir iştirakçıları və qonaqlar öncə universitetdə H.Əliyevin büstünü ziyarət edib, önünə gül dəstəsi qoyublar.Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanan tədbirdə H.Əliyevin, o cümlədən ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğurunda […]

Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

Mayın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsinin Səhnə danışığı kafedrasının təşəbbüsü ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Ordan – burdan” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə universitetin tələbələri Əli Nurzadə, Samirə Xanlarova, Məhəmmədəli Namazov, Günel Həmidova, Səma Muğanna, Türkan Qarayeva, Səbuhi Abbasov, Mehriban Nuriyeva, Ayla Əliyeva, Firuzə İsmayıl, […]

“Azərbaycan Respublikasında mədəni müxtəliflik və sosial münasibətlər” mövzusunda dəyirmi masa

Mayın 2-də Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitutsiya və Suverenlik ili elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrə həsr olunmuş “Azərbaycan Respublikasında mədəni müxtəliflik və sosial münasibətlər” mövzusunda elmi seminar formatında dəyirmi masa keçirilib. Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra iştirakçılar qarşısında çıxışlar olub. Elmi seminarda Sosial-mədəni fəaliyyət […]

SƏHNƏMİZİN “ANA” SİMVOLU

Bu gün Əməkdar artist, görkəmli sənətkar, teatr və kino aktrisası Ətayə Əliyevanın anadan olmasının 105 illiyi tamam olur. Sevimli aktrisamız teatr səhnəsi və televiziya tamaşalarında qazandığı uğurlarını filmlərdə də təkrarlamağı bacarmaqla parlaq istedad sahibi olduğunu təsdiq etmişdir. Həyatını sənətə həsr edən, Türkmənistanda doğulub, adını Azərbaycanın teatr və kino salnaməsinə yazdıran Ətayə Əliyeva Bakıda Teatr Texnikumunda […]

ADMİU-da şəxsi inkişafla bağlı təlim keçirilib

Mayın 1-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Boğaziçi kampus-yaşam koçu şəxsi inkişaf mentoru Günel Piriyeva tərəfindən təlim keçirilib.Təlimin məqsədi tələbələrə öz məqsədlərini müəyyənləşdirmək və onlara doğru sistemli şəkildə irəliləməyi öyrətmək, daxili motivasiyanı gücləndirmək və özünəinamı artırmaq, qarşıya çıxan çətinliklərə baxmayaraq, əzm və səbrlə davam etmə bacarığını […]

ADMİU-nun Elmi Şurasının növbəti iclası baş tutub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəlik məsələlərinə keçməzdən öncə ənənəvi olaraq son Elmi Şura iclasından keçən vaxt ərzində yubileyi qeyd olunan, eləcə də müxtəlif beynəlxalq tədbirlərdə universitetimizi təmsil edərək fərqlənən əməkdaşlar təbrik edilib. Universitetin rektoru professor Ceyran Mahmudova Teatrşünaslıq kafedrasının professoru Məryəm Əlizadə, Aşıq sənəti kafedrasının professor […]

“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIV Beynəlxalq elmi-praktiki konfrans keçirilib

Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIV Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransa ölkə daxilindən və xaricdən müxtəlif ali məktəb və mədəniyyət ocaqlarını təmsil edən elm adamları qatılıblar. Konfransı giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayıb və konfransın işində uğurlar diləyib. Rektor […]