Admiu-da növbəti elmi şura iclası baş tutub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində növbəti Elmi şura iclası keçirilib. Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva şura üzvlərini salamlayaraq, ilk öncə Bakı Caz Festivalı 2017 çərçivəsində keçirilən “I am Jazzman” müsabiqəsinin qaliblərini təqdim edib. Rektor Musiqi sənəti fakültəsinin tələbələri Nurlan Abdullazadəni I yerə, Məhəmməd Məmmədlini II yerə layiq görüldüyü və Şəfiqə Abbasovanı […]

Admiu-da şən hazırcavablar klubu fəaliyyətə başlayıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində yaradılan tələbələrdən ibarət Şən Hazırcavablar Klubu fəaliyyətə başlayıb. Klubun kapitanı Teatr sənəti fakültəsinin II kurs tələbəsi Şahin Tağızadə, ideya müəllifi isə Kino və televiziya fakültəsinin II kurs tələbəsi Şəfəq Səmədovadır.Klubun yaradılmasında əsas məqsəd istedadlı tələbələri bir araya gətirmək və müxtəlif turnirlərdə Universiteti layiqincə təmsil etməkdir. Hal-hazırda isə Universitetdə […]

Admiu-nun dosenti, xalq rəssamı Xanlar Əhmədovun “Dünənin səhəri” adlı fərdi sərgisi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin dosenti, Xalq rəssamı Xanlar Əhmədovun “Dünənin səhəri” adlı fərdi sərgisi keçirilib.Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi sərgidə Tədris işləri üzrə prorektor Validə Məmmədova, Rəssamlıq fakültəsinin müəllimləri Arif Əziz, Afət Aslanova, Səmədağa Cəfərov, kinorejissor Oqtay Mirqasımov, heykəltəraş Namiq Dadaşov və Əməkdar rəssam Eldar Qurbanov rəssamın yaradıcılıq fəaliyyətindən […]

Admiu tələbələri “Bibliya tarixi” və “Pravoslav katixizisi” kitablarının təqdimat mərasimində

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatı, Bilik Fondunun Universitet üzrə koordinatoru Muzeyşünaslıq ixtisası üzrə IV kurs tələbəsi Rəfi Qurbanzadə və tələbə heyəti AMEA-nın Dilçilik İnstitutunda keçirilən “Bibliya tarixi” və “Pravoslav Katixizisi” kitablarının təqdimat mərasimində iştirak ediblər. “Bibliya tarixi” və “Pravoslav katixizisi” kitabları AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri filologiya […]

Admiu-nun əməkdaşı “100. Yılında Sovyet İhtilalı ve Türk Dünyası” beynəlxalq simpoziumda

25-27 oktyabr Ankara şəhərində Hacettepe Universiteti Türkiyat Araştırmaları Enstitusunun təşkil etdiyi “100.Yılında Sovyet ihtilalı ve Türk Dünyası” VI Beynəlxalq Türkiyat Araşdırmaları Simpoziumu keçirilib.Beynəlxalq simpoziumda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Günel Seyidəhmədli “Sovyet Döneminde Azerbaycan heykeltaraşlığı” adlı məruzəsi ilə çıxış edib.Daha çox siyasi baxışların yer aldığı simpoziumda səslənən […]

Admiu “Qloballaşan dünyada musiqi ənənələri” I beynəlxalq elmi-praktik konfransında

Oktyabr ayının 26-27-si Azərbaycan Milli Konservatoriyasında (AMK) xarici və yerli tədqiqatçı –alimlərin iştirakı ilə “Qloballaşan Dünyada Musiqi Ənənələri” I Beynəlxalq Elmi-praktik konfransı keçirilib.Beynəlxalq Konfransda 40-a yaxın məruzəçi arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən – dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılova, müəllim və dissertant Sevinc Əzizova, müəllim Haviz Kərimov, Universitetin əməkdaşı Aysel Hacıyeva maraqlı […]

Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev Admiu-da

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı 2 qat paralimpiya, 2 qat dünya və 7 qat avropa çempionu, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, Qarabağ qazisi İlham Zəkiyev olub.Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə idmançı həyatı, fəaliyyəti və nailiyyətləri haqqında ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıb. Daha sonra İlham Zəkiyevin fəaliyyəti ilə bağlı videoçarxlar […]

Admiu-da “Bir” tələbə-könüllü proqramının təqdimatı baş tutub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Tetrında “BİR” Tələbə-Könüllü proqramının təqdimat mərasimi keçirilib. Tələbə heyətinin iştirak etdiyi tədbirdə Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva və “BİR” Tələbə-Könüllü Proqramının koordinatoru Canoğlan İlyasov proqram və təklif olunan sosial aksiyalar, təlimlər, intellektual yarışlar və s. layihələr haqqında məlumat verib.Universitet üzrə proqramın aktiv […]

Admiu-nun əməkdaşları “Salam Orient”

Avstriya Teleradiosu (ORF), Azərbaycan Mədəniyyət Mərkəzi və “Salam Orient” festivalının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti kafedrasının əməkdaşları Vyanada “Salam Orient” (“Salam Şərq”) festivalı çərçivəsində “ORF Radiokulturhaus” konsert zalında keçirilən “Muğam və klassik musiqinin görüşü” adlı konsertdə iştirak ediblər.Universitetin Muğam sənəti kafedrasının müəllimi, Əməkdar artist Nuriyyə Hüseynovanın rəhbərliyi ilə muğam […]

Admiu-nun doktorant və gənc tədqiqatçıların XXI respublika elmi konfransında

Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində keçirilən XXI Respublika Elmi konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorant və gənc tədqiqatçıları da iştirak edib.Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva və digər ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalıların iştirak etdiyi konfransı giriş sözü […]

Amerikalı kamança ifaçısı Cefri Verbok Admiu-da

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı, kamança ifaçısı Cefri Verbok olub. Universitetin “Vernisaj” salonunda musiqiçi ilə təşkil olunan görüşdə Musiqi sənəti fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib. Cefri Verboku Azərbaycanın dostu, Azərbaycan musiqisinin dünyada böyük təəssübkeşi adlandıran Musiqi sənəti fakültəsinin dekanı professor Ceyran Mahmudova qonağı […]

Admiu tələbələri Soçidə keçirilən “XIX Ümumdünya festivalı”nda iştirak edib

14-22 oktyabr 2017 ci il tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “XIX Ümumdünya Festivalı”nda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edib.Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Sergey Lavrov, eyni zamanda Rusiya və xarici ölkələrin rəsmilərinin iştirak etdiyi festivala 150 ölkədən 20000-dən artıq iştirakçının qatılıb. […]