Admiu tələbələri “I am Jazzman” müsabiqəsində

Rotuna Jazz klubda gənc caz ifaçılarının iştirak etdiyi “I am Jazzman” müsabiqəsi keçirilib. 2017 Jazz Festivalı çərçivəsində keçirilən, üç turdan ibarət olan müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edib.Musiqi sənəti fakültəsi Estrada kafedrasının II kurs tələbəsi Şəfiqə Abbasova “Estate”, “Taking a chance on love”, İnstrumental ifaçılıq kafedrasının II kurs tələbəsi Nurlan […]

Admiu-nun müəllimi, bəstəkar-pianoçu Pikə Axundovanın konserti

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalının, Azərbaycan radiosunun təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, bəstəkar-pianoçu Pikə Axundovanın əsərlərindən ibarət müəllif konserti keçirilib.Gecədə bəstəkarın əsərlərini Əməkdar artistlər Zaur Əmiraslanov, Aygün Bəylər, Lalə Məmmədova, Aqşin Abdullayev, Zabitə Alıyeva, Səbinə Ərəbli, Orxan Cəlilov və Vüsal Hacıyev ifa ediblər. İfaçıları […]

Qazaxıstanın professor heyəti Admiu-da

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bu dəfəki qonağı Kurnaqazi adına Qazaxıstan Milli Konservatoriyasının professoru, “Musiqi təhsili və pedaqogika” kafedrasının müdiri Kaliakbarova Lyalya Tokenova və kafedranın baş müəllimi Şabdenova Dariya Raximalievna olub.Belə ki, Qazaxıstan Milli Konservatoriyasının əməkdaşları 9-13 oktyabr tarixləri ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Musiqi Akademiyasında […]

Admiu-da litvalı rejissor Audrius Stonisin ustad dərsi

Tanınmış rejissorun ADMİU-nun “Heydər Əliyev: Mədəniyyət və İncəsənət Məktəbi”ndə “Kino-televiziya sənətləri” kafedrasının müdiri professor Rafiq Quliyevin bələdçiliyi ilə ustad dərsi keçirilib. Kino və televiziya, Teatr sənəti fakültələrinin müxtəlif kurs tələbələrinin və Universitetin professor-müəllim heyətinin iştirak etdiyi dərsdə əvvəlcə Audrius Stonis tələbələrə özü haqqında – sənədli film sahəsində nə zamandan çalışdığı, fəaliyyəti ilə bağlı ətraflı məlumat […]

Admiu-nun rektoru litvalı rejissor Audrius Stonis ilə görüşüb

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə şəhərimizin qonağı olan Litvanın tanınmış rejissoru Audrius Stonis, İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədova və Litvanın Azərbaycandakı səfiri cənab Valdas Lastauskas oktyabr ayının 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olublar.Ənənəvi olaraq ilk öncə qonaqları Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib. Görüşdə rektor Universitetdə […]

Admiu-nun rektoru 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin yeni bazasının açılış mərasimində

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva və digər ali təhsil ocaqlarının rektorları, yazarlar, mədəniyyət xadimləri iştirak edib.Qonaqlar Mərkəz ilə yaxından tanış olub, burada fəaliyyət göstərən kursların modullar əsasında tədrisi və “Multiart”, “Multimusic”, “Robotics”, […]

Admiu tələbə gənclər təşkilatı tələbələrlə görüşüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Gənclər Təşkilatının sədri, Kulturologiya fakültəsinin II kurs tələbəsi İman Sadıqov tələbələr ilə görüşüb. Görüşdə bütün fakültələr üzrə TGT sədrləri seçilib.Belə ki, Kulturologiya fakültəsi üzrə II kurs tələbəsi Nərgiz İdrisova, Rəssamlıq fakültəsi üzrə I kurs tələbəsi Nərmin Bayramova, Teatr sənəti fakültəsi üzrə II kurs tələbəsi Əlizaman Abbasov, Kino və […]

Admiu-nun tələbə gənclər təşkilatının yeni sədri təyin olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Gənclər Təşkilatının yeni sədrinin təyini üçün iclas keçirilib. Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor Gülşən Əliyevanın, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının icraçı direktoru Nurxan Babayevin, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əhmədovun, ADMİU YAP Gənclər Birliyinin sədri Orxan Məmmədovun və tələbə heyətinin iştirakı ilə keçirilən iclasda səs […]

Admiu-da “Ana dilinin saflığının qorunması”na həsr olunan elmi-praktiki konfrans keçirilib

“Azadlıq Hərəkatçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA-nın Dilçilik İnstitutunun təşkilatı dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktiki konfrans keçirilib.Konfansda layihə rəhbəri, “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov vətəndaşların, xüsusilə gənclərin ana dilinin saflığının qorunmasında […]

Qazaxıstanlı müəllimlər Admiu-da

Qazaxıstanın bir sıra təhsil ocaqları ilə əməkdaşlıq edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bu dəfə qonağı Kurnaqazi adına Qazaxıstan Milli Konservatoriyasının professoru, “Musiqi təhsili və pedaqogika” kafedrasının müdiri Kaliakbarova Lyalya Tokenova və kafedranın baş müəllimi Şabdenova Dariya Raximalievna olub. Qonaqları qarşılayan ADMİU-nun rektoru professor Fərəh Əliyeva onları salamlayaraq səfərin məqsədindən, iki il Universitetdə açılan […]

Admiu tələbələri Cocuq Mərcanlıda müəllimləri təbrik edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, alimlər və jurnalistlər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüşüb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri məktəb kitabxanasına 200-dən artıq kitab bağışlayıblar. Görüşdə […]