Ali məktəb kitabxanalarının hesabatı

07 dekabr 2016-ci il tarixində Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında ali məktəb kitabxana direktorlarının iştirakı ilə görüş keçirilib. BDU-nun Elmi Kitabxanasının direktoru Sara İbrahimovanın iştirakı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyul 2016-cı il, 266 saylı qərarı ilə “Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”nin və “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi” nin təsdiq edilməsi və […]

Milli Kitabxanada “Sirlər xəzinəsi” layihəsi baş tutub

Dekabr 2-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasının və Beynəlxalq Muğam Mərkəzinin birgə “Sirlər xəzinəsi” layihəsinə start verilib.    Layihəyə əsasən klassiklərin yaradıcılığına həsr olunmuş silsilə ədəbi-bədii musiqili məclislər keçirilir. Bu silsilədən ilk tədbir klassik Azərbaycan poeziyasının günəşi Məhəmməd Füzulinin yaradıcılığına həsr olunub.    Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq, […]

ADMİU tələbələri Tahir Salahovun ad gününə həsr olunmuş tədbirdə çıxış ediblər

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Tahir Salahovun ev-muzeyi tərəfindən görkəmli rəssamın ad gününə həsr edilmiş “Nəsillərin qovuşması” adlı tədbir keçirilib.     Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin II kurs tələbələri Təhməzov Tamerlan, Hüseynli Nigar, Məhərrəmov Yusif, Həmid Həmzəyev, Tərxan İbrahimov musiqi ifaları ilə çıxış ediblər. İfaçıları, Allahyar Vəzirovun rəhbərliyi ilə estrada simvolik […]

“Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

06.12.2016-cı il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Ümumilli lideri, ulu öndər Heydər Əlirza oğlu Əliyevin vəfatının ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyinin sədri Etibar Əsədov açıb. Daha sonra Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü, Milli Məclisin deputatı, “Yeni […]

Türksoy ADMİU-nun professoru Aqşin Babayevi 80 illik yubileyi münasibətilə təltif etmişdir

Türksoy Beynəlxalq Kültür Təşkilatı görkəmli türkşünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, filologiya elmləri doktoru Aqşin Babayevi anadan olmasının 80 illiyi münasibəti ilə xatirə-təbrik plaketi və türk ədəbiyyat aləminin ödülü olan “Haldun Taner” medalı ilə təltiv etmişdir. Alimə göndərilən təbrik məktubunda deyilir:     “Hörmətli Aqşin Babayev! Sizin 80 illiyinizi təbrik edir, Türk dünyasının mədəniyyəti və […]

İslam həmrəyliyi oyunları və könüllülük proqramı haqqında seminar keçirilib

2 dekabr 2016-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələr İslam Həmrəyliyi Oyunları və Könüllülük Proqramı haqqında seminar keçirilib.     İslam oyunları mərasimlər şöbəsinin, işçi heyət və insan resursları üzrə menecer Elgün Məcidli və mütəxəssis Azər Əsədov tələbələrə islam oyunlarının tarixi haqqında qısa məlumat çatdıraraq, könüllü proqramının ətraflı izahını veriblər.     Tələbələr könüllülük […]

ADMİU tələbə elmi cəmiyyətinin növbəti iclası keçirilib

     29 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Elmi Cəmiyyətinin növbəti iclası keçirilib. İclasda fakültələr üzrə yeni sədr və müavinlər təqdim olunub və növbəti iclasa qədər tədbirlər planı təsdiq edilib. TEC yeni struktur üzrə fəaliyyətə başlayıb.

ADMİU tələbələrinin “Söz duyğusu sənət sevdası” kitabının təqdimatı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Yaradıcı Tələbələr Klubunun (YTK) birgə ərsəyə gətirdikləri “Söz duyğusu Sənət sevdası” adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda layihənin rəhbəri, prorektor Gülşən Əliyeva, tərtibçi və redaktor Zakir Abbas, professor Aqşin Babayev, dramaturq, dosent Əli Əmirli, professor müəllim heyəti və tələbələr iştirak ediblər.     Qeyd etmək lazımdır ki, bu kitab YTK-nun çap […]

“İşğaldakı sərvətimiz” adlı rəsm sərgisinin açılış mərasimi keçirilib

     02 dekabr 2016-cı il tarixində Yasamal rayonu Heydər Əliyev mərkəzində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “İşğaldakı sərvətimiz” adlı rəsm sərgisinin açılış mərasimi keçirilib. Layihədə 30 gənc rəssamın 34 rəsm əsəri və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunub. Sərgidə ilk […]

Kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşmış fondun təqdimatı

1 dekabr 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşmış fondun təqdimatı keçirilib. Təqdimatda ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşı Günay Baxşəliyeva iştirak edib.     Açılış nitqi ilə çıxış edən kitabxananın direktoru L.İmanova bildirib ki, təqdimatı keçirməkdə məqsəd Mərkəzi Elmi Kitabxanada mühafizə olunan zəngin ədəbiyyatı, faktları, Azərbaycan haqqında həqiqətləri geniş ictimaiyyətə […]

Azərbaycan Sosial İş Birliyinin təşkilatçılığı ilə ADMİU-da təlimlər keçirilib

28 noyabr- 02 dekabr tarixlərində ADMİU-da ABŞ-ın Dominik Universitetinin Sosial İş üzrə professoru Letisya Villarreal-Sosa tələbə və müəllim heyəti üçün təlim keçirdib. Professor Letisia Villareal-Sosa Amerika Birləşmiş Ştatları (ABŞ) Dominik Universitetində professor olmaqla yanaşı Məktəbdə Sosial İş Üzrə Beynəlxalq rəhbərdir. Leticia xanım Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə de-instutulaşma dövlət proqramı çərçivəsində 2011-2013-ci illərdə yaxından əməkdaşlıq […]