Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti istedadlı musiqiçi tələbələri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilən “Milli not” layihəsinə qoşulmağa dəvət edir. Layihənin əsas məqsədi milli musiqimizin təbliğ olunması, gənclərin musiqi sahəsində bilik və bacarıqlarının artırılmasından ibarətdir. Layihə intellektual yarış formatında komandalar arasında […]
“İşğaldakı sərvətimiz” adlı rəsm sərgisi keçiriləcək
2 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Rəssamlar İttifaqının rəsmi tərəfdaşlığı ilə Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində saat 16-00-da “İşğaldakı Sərvətimiz” adlı rəsm sərgisi keçiriləcək. Sərgi 2,3,4 dekabr tarixlərində nümayiş olunacaq. Layihəyə 60-a yaxın gənc rəssam müraciət etmiş, onlardan […]
ADMİU-da istedadlı tələbələr diplomla təltif olunub
29 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3 saylı elmi şurasında rektor, professor Fərəh Əliyeva istedadlı tələbələri diplomla təltif edib. “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda III Ümumrespublika bilik yarışmasında Ulu Öndərin Azərbaycan tarixindəki rolu haqqında yüksək intellektual bilik nümayiş etdirib Universiteti layiqincə təmsil edərək, iştirak edən 42 komanda arasında 9-cu […]
ADMİU-nun rektorunun Türkiyə işgüzar səfəri
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva Türkiyənin Qazi Universitetinin 90 illik yubileyinə həsr olunmuş “Cümhuriyyətin İşığında Ali Təhsildə Sənət Tədrisi” adlı beynəlxalq simpoziumda iştirak edib, universitetin rektoru, professor İbrahim Uslanla görüşüb ona ADMİU-nun simvolik hədiyyələrini təqdim edib. Qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Rektor, səfər zamanı Ankara Universitetini […]
Azərbaycan Sosial İş İctimai Birliyi qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar tədbir
BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Ənənəvi olaraq hər il bu gün dünyada qeyd edilir. Azərbaycan Sosial İş İctimai Birliyi də, bu gün ilə əlaqədar olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Elmi Cəmiyyəti ilə birgə Avstriyalı ekspert Herbert Paulişinin iştirakı ilə tədbir təşkil edilib. Tədbirdə […]
ADMİU-da sosial iş üzrə seminarlar keçirilir
Sosial İş İctimai Birliyi Azərbaycanda sosial işin tanınması və inkişafı istiqamətində müvafiq hökumət qurumları, QHT-lər və sosial işin tədris olunduğu universitetlərlə sıx əməkdaşlıq edir. Azərbaycan Sosial İş Birliyi Fulbrayt proqramı çərçivəsində 28 noyabr – 02 dekabr 2016-cı il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ABŞ səfirliyinin dəstəyi ilə ABŞ-ın Dominik Universitetinin Sosial İş üzrə […]
“Türk filmləri həftəsi” çərçivəsində ADMİU-da ustad dərsləri keçirilir
24-25 noyabr tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Türkiyənin məşhur rejissor, aktyor, prodüser, ssenarist və kinoşünasları tərəfindən tələbələrə ustad dərsləri keçirilir.
ADMİU-da türk film ustadları ilə görüş
Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin baş kino şöbəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitunun dəstəyi ilə 22-27 noyabr tarixlərində Bakıda “Türk filmləri həftəsi” keçirilir. Layihə çərçivəsində ölkəmizə gələn türk aktyor, rejisor, prodüser, ssenarist və kinoşünaslar 24-25 noyabr tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində […]
ADMİU-nun tələbələri “Şən və hazırcavablar klubu”
24 noyabr 2016-cı ildə ADMİU-da “Şən və Hazırcavablar klubu”nun (ŞHK) fəalları ilə görüş keçirilib. Tədbir çərçivəsində ADMİU-nun tələbələri “Şən və Hazırcavablar klubu”nun Bakı yığmasının icraçı direktoru Cavid Şahbazbəyovla, Bakı yığmasının müəllifi və aktyoru Qabil Musayevlə görüşüblər. “Şən və Hazırcavablar klubu”nun Bakı yığmasının icraçı direktoru Cavid Şahbazbəyov tələbələrə gələcək layihələr haqqında danışdı. “Şən və Hazırcavablar klubu”nun […]
ADMİU-da Aqşin Babayevin 80 illik yubileyi qeyd olunub
22 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Universitetin kafedra müdiri, professor Aqşin Babayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Universitetin professor-müəllim heyətinin iştirakı ilə baş tutan tədbirdə istedadlı tələbələrin ifasında A.Babayevin müəllifi olduğu şeirlər dinlənilib və musiqilər səslənib. Tədbiri açan rektor, professor Fərəh Əliyeva Aqşin Babayevin Universitetdəki mövqeyindən danışaraq ona […]
“Səyyar dərs” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin müəllimi sənətşünas-ekspert Fəxri Məmmədlinin müəllifi olduğu “Səyyar dərs” layihəsi çərçivəsində Sənətşünaslıq ixtisası üzrə təhsil alan bir qrup fəal tələbəsi ilə Milli Azərbaycan Tarix Muzeyinin bərpa laborotoriyasına gediblər. Bərpa laboratoriyasında qrafik əsərlərin qorunması, zədələnən incəsənət nümunələrinin yenidən təkminləşdirilməsi və.s mövzular tələbələrin diqqətinə çatdırılıb. Layihənin müəllifi F.Məmmədli vurğulayıb ki, səyyar dərslərin […]


