ADMİU-nun əməkdaşları “Vətənpərvərlik əsas meyardır” adlı tədbirdə iştirak ediblər

Aprelin 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) MM qərargahı rəisi Arif Hüseyn, Teatr sənəti fakültəsinin baş müəllimi Əlizaman Mirzəyev və müəllim Pərvanə Namazova FHN-nin Akademiyasında keçirilən “Vətənpərvərlik əsas meyardır” mövzulu tədbirdə iştirak ediblər.Müəllimlər Ə.Mirzəyev və P.Namazova tədbirdə vətənpərvərlik mövzulu şeirlər səsləndiriblər.Eyni zamanda əməkdaşlarımız Akademiyanın muzeyi ilə də yaxından tanış olublar.

ADMİU-da Ümumdünya Autizm Gününə həsr olunmuş tədbir keçirilib

Aprelin 4-də “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, (ADMİU) “Əlilliyi olan şəxslərin Təşkilatları İttifaqı”nın, “Autizmli uşaqların ailələrinə dəstək” İctimai Birliyinin və “Ülkər Psixologiya Departamenti”nin dəstəyi ilə  ADMİU-da “2 aprel – Ümumdünya Autizm Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səslənməsi və ölkəmizin müstəqilliyi və […]

Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud” tamaşasını təqdim edib

Aprelin 3-də T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud” tamaşası ilə çıxış edib. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində göstərilib. Tədbir Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tamaşaya gələn qonaqlar qırğız və Azərbaycan dillərində salamlama nitqi ilə qarşılanıblar. Qırğızıstan Respublikasının […]

Əməkdar rəssam Rəşad Cabarov beynəlxalq sərgidə uğur qazanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam, dosent Rəşad Cabarov Rusiyada keçirilən beynəlxalq sərgidə qaliblərdən biri olub.Rəssam Rusiyanın Sankt-Peterburq şəhərində baş tutan “Dünyada sərhədsiz incəsənət” adlı beynəlxalq sərgidə portret nominasiyası üzrə 3-cü yerə layiq görülüb.

ADMİU-da Ümumdünya Autizm Gününə həsr olunmuş tədbir keçiriləcək

Aprelin 4-də “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, (ADMİU) “Əlilliyi olan şəxslərin Təşkilatları İttifaqı”nın, “Autizmli uşaqların ailələrinə dəstək” İctimai Birliyinin və “Ülkər Psixologiya Departamenti”nin dəstəyi ilə ADMİU-da “2 aprel – Ümumdünya Autizm Günü”nə həsr olunmuş “Rəngli Dünyalar:- Autizm və Sevgi” adlı tədbir keçiriləcək. Tədbirdə əsas məqsəd autizmli […]

ADMİU-nun tələbələri Novruz Düşərgəsində iştirak ediblər

Mart ayının 20-dən 31-dək Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil İstirahət Mərkəzi”-ində möhtəşəm “Novruz Düşərgəsi – 2025” təşkil olunub. Bu düşərgə Novruz bayramının ruhuna uyğun olaraq həm əyləncəli, həm də maarifləndirici tədbirlərlə zəngin olub.Tədbir iki mərhələdə keçirilib. İlk mərhələ 20-25 mart tarixlərini əhatə edib və bu mərhələ […]

ADMİU-nun müəllimi Gender Əsaslı Zorakılıq üzrə Keys menecment təlimində iştirak edib

Martın 29-da Gender Əsaslı Zorakılıq (GƏZ) üzrə Keys menecment adlı təlim keçirilib. Təlimçi sosial iş üzrə mütəxəssis Sara Ağayeva təlim iştirakçılarına Gender əsaslı zorakılıq hallarının idarə edilməsi prosesi və gender əsaslı zorakılıq hallarının etik və effektiv idarə olunması üzrə praktik bacarıqlar risklərin qiymətləndirilməsi, yönləndirmə və müdaxilə strategiyalarını haqqında maarifləndirici məlumatlar verib. Təlimdə sosial işçilər, psixoloqlar […]

ADMİU-nun tələbələri Moda Həftəsində maraqlı kolleksiya ilə çıxış ediblər

Martın 26-27-də Daş Salnamə Muzeyində Mədəniyyət və Sənət Moda Həftəsi keçirilib. Tədbirdə Avropa və Asiyadan ölkəmizə qonaq gəlmiş 10-dan çox tanınmış dizayner iştirak edib.Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin III tədris ili tələbələri Hüseynova Selbinaz, Əhmədzadə Nəzrin və məzunlar Abdullaeva Sara, Şirinova Lamiyə, Lətifə Yusifova kolleksiya ilə çıxış ediblər. Sənətşünaslıq üzrə […]

ADMİU-nun müəllimi beynəlxalq müsabiqədə laureat olub

Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində dünyanın 44 ölkəsindən yüzlərlə rəssamın qatıldığı beynəlxalq sərgi və müsabiqə keçirilib. Ölkəmizi sözügedən tədbirdə təmsil edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müəllimi Samir Qafarov müsabiqənin “Rəssamlıq” nominasiyası üzrə laureatı olub.

ADMİU-nun müəllimi Serbiyada keçirilən simpoziumda iştirak edib

15-22 mart tarixlərində Zlatibor şəhərində Zlatibor İnnovasiya Biznes Mərkəzində Beynəlxalq Rəssamlıq Simpoziumu keçirilib. “Şərq ruhunun rəsmi” layihəsinin təşkilatçısı SRU “Vukadınoviç”, həmçinin tərəfdaşları Zlatibor Turizm Təşkilatı, Çayetin Bələdiyyəsi, “Viqor” İbtidai Məktəbi və Rade Filipoviçdir.Bu il simpoziumda Misir, Gürcüstan, Azərbaycan, Avstraliya, Rusiya və Serbiyadan təxminən 20 rəssam iştirak edib.Ölkəmizi simpoziumda Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət […]

SABAH tələbələrinə Təşəkkürnamələr təqdim edilib

ADMİU SABAH qruplarında 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası üzrə yüksək göstəricilər əldə edən üç tələbə təşəkkürnamə ilə təltif edilib. Bu mükafat tələbələrin əzmkarlığı və akademik uğurlarına verilən dəyərin göstəricisidir.SABAH qruplarında təhsil alan tələbələr arasında fərqlənən və Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) üzrə ən yüksək nəticə əldə edən üç tələbə – Bayramova Xədicə, Allahquliyev […]

Universitetlərin TEC sədrləri ADMİU-da görüşdü

Martın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin digər universitetlərin Tələbə Elmi Cəmiyyətiləri ilə görüşü keçirilib. Tədbirdə Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Bakı Musiqi Akademiyası Bakı Biznes Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər universitetlərin TEC sədr və nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə […]