Kinematoqrafiyaya dair yeni nəşrlər ADMİU-da
Azərbaycan Kinematoqrafçılar İttifaqının layihəsi olan “Fokus” jurnalının yenicə çapdan çıxmış 12-ci sayı və “Rakurs” rüblük informasiya bülleteni ADMİU-ya hədiyyə olunub. “Fokus” jurnalının nəfis tərtibatda nəşr olunmuş bu sayında üz qabığının dizaynında istər yerli, istərsə də xarici kino sənayesi barədə olduqca maraqlı fikirlər və fərqli baxış bucaqları ilə tanış olmaq mümkündür. 2023-cü ilin yanvar, fevral, mart aylarında görülən işlərin hesabatının yer aldığı “Rakurs” bülleteninin bu sayında, eyni zamanda ölkəmizdə kino sahəsində görülən işlərdən də bəhs olunur.
Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən, ümumilikdə jurnalın yeni sayından 31 nüsxə ADMİU-da Audivizual sənətlər fakültəsinin professor-müəllim heyəti və tələbələrinə təqdim edilib. Oxucular yeni nəşrlərlə Kitabxana-İnformasiya Mərkəzində tanış ola bilərlər. İxtisasyönümlü nəşrləri davamlı olaraq ADMİU-ya hədiyyə edən Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinə və şəxsən Əli İsa Cabbarova dərin təşəkkürümüzü bildiririk.