ADMİU-da 2000-ci ildə Kinoşünaslıq, 2005-ci ildə Ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedraları fəaliyyətə başlayıb.

2015-ci ildə bu iki kafedra Kinoşünaslıq adı altında birləşib. 2017-ci ildə isə universitetin Elmi Şurasının qərarı ilə buraxılış ixtisasları nəzərə alınaraq, kafedra Kinoşünaslıq və ekran dramaturgiyası adlandırılıb. Kafedraya Əməkdar incəsənət xadimi, professor Əli Əmirli rəhbərlik edir.

Professor-müəllim heyətinin tərkibi:

  • Əmirli Əli – Kafedranın müdiri, Əməkdar incəsənət xadimi, professor
  • Bünyadova Kifayət – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Həmidov Oqtay – filologiya üzrə fəlsəfə doktoru, dosent
  • Qafarova Gülşən – filologiya üzrə fəlsəfə doktoru, dosent
  • Yusifova Könül – filologiya üzrə fəlsəfə doktoru, dosent
  • Salayev Ayaz – Əməkdar incəsənət xadimi, dosent
  • Ömərova Həmidə – Xalq artisti, professor
  • Abbasov Zakir – Əməkdar jurnalist, baş müəllim
  • Bədəlov Nadir – baş müəllim
  • Mahmudova Göyçək – baş müəllim
  • Ələkbərov Ramil – müəllim
  • Hüseynova Dilarə – müəllim

Tədris Olunan Fənlər:

Bakalavriat səviyyəsi üzrə:

  • ABŞ kino tarixi
  • Animasiya filminin ssenarisi
  • Avropa kino tarixi
  • Azərbaycan kino tarixi
  • Bədii filmin ssenarisi
  • Dünya kino tarixi
  • Elmi kütləvi filmin ssenarisi
  • Filmin struktur həlli
  • Filmşünaslıq
  • İxtisasa giriş
  • XX əsrin I yarısında ABŞ kino tarixi
  • XX əsrin I yarısında Avropa kino tarixi
  • XX əsrin II yarısında dünya kino tarixi
  • XXI əsr dünya kinosu
  • Kino nəzəriyyəsi
  • Kino tənqidi
  • Kinodramaturgiya nəzəriyyəsi
  • Kinodramaturgiyanın əsasları
  • Klip ssenarisi
  • Müasir televiziya verilişlərinin ssenarisi (info, maarif, əyləncə)
  • Reklam ssenarisi
  • Reklam və sosial çarx ssenarisi
  • Rus kino tarixi
  • Şərq kino tarixi
  • Ssenarinin redaktəsi
  • Teledramaturgiyanın əsasları
  • Teleserial dramaturgiyası
  • Teleserial ssenarisi

Magistratura səviyyəsi üzrə:

  • Amerika kinosu Hollivud modelində
  • Bədii film ssenarisinin əsasları
  • Bədii kinonun janrları
  • Bədii yaradıcılığın müasir problemləri
  • Bədii yaradıcılığın tarixi və metodologiyası
  • Ekran publisistikasının aktual problemləri
  • Ekran sənətində üslub və cərəyanlar
  • Elmi kütləvi və animasiya film ssenarisinin nəzəri əsasları
  • Filmin sistemli və struktur təhlili
  • Filmin struktur təhlili
  • Filmin təhlilinin müasir metod və konseptləri
  • XX əsr kino tənqidi
  • XXI əsr Azərbaycan kinosu
  • Kinematoqrafiya və sosial mədəni mühit
  • Kinonun bədii ifadə vasitələri
  • Kinoşünaslığın müasir problemləri
  • Kinoşünaslığın tarixi və metodologiyası
  • Müasir Avropa kinosu
  • Müasir kino tənqidi
  • Müasir kinoda janr sistemi
  • Müasir kinodramaturgiyanın ssenari prblemləri
  • Müasir Şərq kinosu
  • Müasir televiziya verilişlərin ssenarisi
  • Müəllif kinosunun nəzəri əsasları
  • Possovet ölkələri kinosunun inkişaf təmayülləri
  • Ssenari və filmin struktur problemləri
  • Ssenari yaradıcılığı ustalığı
  • Ssenarinin və filmin redaktəsi

Kafedra Rəhbəri

Əli Əmirli

Əməkdar incəsənət xadimi, professor