Kitabxana fəaliyyətində yeni texnoloji həllər
12 may 2022-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində “Kitabxana fəaliyyətində yeni texnoloji həllər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ADMİU Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova iştirak edib. İnformasiyanın toplanması, emalı, qorunması və ötürülməsində kitabxanaların rolundan bəhs edilən tədbirdə ali məktəblərin kitabxana işi sahəsindəki yenilik və problemləri müzakirəyə çıxarılıb. Dəyirmi masada universitet kitabxanalarının işindəki problemlər, EİFL.net beynəlxalq konsorsiumuna, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzvlük və onların xidmətlərindən istifadə məsələləri, EBSCO nəşriyyatına abunəliklə bağlı yeni təkliflər, beynəlxalq kitabxana təşkiltatları və nəşriyyatlarla, xüsusilə də ANKOSLink – Anadolu Universitet Kitabxanaları Konsorsiumu ilə əməkdaşlığın genişləndirilməsi, açıq elektron informasiya resurslarına əlçatanlığın təmin olunması geniş müzakirə olunub.