Kitabxana-İnformasiya Mərkəzinin fondu şəxsi kitab kolleksiyaları ilə zənginləşib

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fonduna müxtəlif incəsənət xadimləri və professor-müəllim heyətinin yeni şəxsi kitab kolleksiyaları hədiyyə olunub. ADMİU-nun İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmalə Nəsirova, Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının dosenti, Əməkdar İncəsənət xadimi Ayaz Salayev və Musiqi sənəti fakültəsinin mərhum əməkdaşı Natella Bayramovanın övladı tərəfindən təqdim edilən materiallar incəsənətin müxtəlif istiqamətlərinə dair əhəmiyyətli nəşrlərdir. Tərkibi elmi əsərlər, yaradıcılıq məhsulları, not nəşrləri və metodiki vəsaitlərdən ibarət yeni hədiyyə olunan 168 nüsxə nəşrdən ibarət kolleksiyalar oxucuların istifadəsindədir. Oxucuların marağına səbəb olan materialları Kitabxana-İnformasiya Mərkəzinə bağışladığı üçün dəyərli ziyalılarımıza təşəkkür edirik.