“Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” keçirilib

Yanvarın 30-da Bakı Kongres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTI) tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” hayata keçirilib.

Forum çərçivəsində “Turizm Könüllüləri” İctimai Birliyinin sədri Nurlana Paşayeva, “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov öz uğur hekayələrini paylaşaraq, könüllülük fəaliyyətinin șəxsi və peşəkar inkişafda mühüm rol oynadığını vurğulayıblar.
Qeyd edək ki, forumda gənc regional nümayəndələr və bir qrup könüllü gənc 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar.
Bu könüllülər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsi, “Turizm işinin təşkili” ixtisasında təhsil alan IV kurs tələbəsi, “Turizm Könüllüləri” İctimai Birliyinin “Kütləvi tədbirlərin idarəolunması” departamentinin meneceri Alxaslı Umud səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”la təltif edilib.