Lale-Selimova

Teatr Sənəti Fakültəsinin Dekan Müavini

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Səlimova Lalə Şamil qızı 19 yanvar 1971-ci ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə ADMİU-nun Teatrşünaslıq ixtisasını fərqlənmə diplomu bitirib. 1993-cü ildən Universitetdə əmək fəaliyyətinə başlayır.

2010-cu ildə “Səməd Vurğun adına Rus Dram Teatrının Azərbaycan mədəniyyətində rolu (1970-1990-cı illər)” adlı dissretasıya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını almışdır.

1996-cı ildən başlayaraq Teatrşünaslıq kafedrasında müəllim kimi çalışır.

2009-cu ildən Universitetin Dəftərxana şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 10 dekabr 2013-cü ildə Azərbaycan Respublirası Təhsil Nazirliyi tərəfindən səmərəli fəalıyyətınə görə və universitetin 90 illik yubileyi münasibəti ilə Fəxri Fərmanla təltif olunmuşdur.

2015-ci ildən Teatr sənəti fakültəsinə dekan müavini vəzifəsində çalışır. 2015-ci ilin sentyabr ayında Təhsil Nazirliyinin “SABAH Qrupları” layihəsinin dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi “Müasir müəllimin fərdi işçi planının (sillabus) tərtibi” adlı təlimin iştirakçısı olub.

Universitetdə “Xarici teatr tarixi” (Qərb və Slavyan teatrları), “Dram nəzəriyyəsi”, “Azərbaycan teatr tarixi”, “Teatr tənqidi”, “Muasir aktyor sənətinin problemləri” fənnlərini tədris edir. 15-yə yaxın elmi məqalənin müəllifidir.
Ailəlidir, iki övladı var.