Luciya Marenzo adına Musiqi Kunservatoriyasının professorları Vittoriya Luçari və Klaudio Marini “Ustad dərs”-i verib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davamlı olaraq xaricdən dəvət edilən mütəxəssislərin keçdiyi “Ustad dərs”ini bu dəfə İtaliyanın Breşka şəhəri Luciya Marenzo adına Musiqi Kunservatoriyasının vokal kafedrasının müdiri, professor Vittoriya Luçari və professor Klaudio Marini verib. Onlar Universitetinin solo ixtisası üzrə təhsil alan tələbələri ilə konkret əsərlərin ifası üzərində düzgün nəfəs texnikası, diofraqma və s. ilə bağlı məşğələlər keçiblər. Ustad dərsində “Musiqi sənəti” fakültəsinin dekanı Ellada Hüseynova, Estrada sənəti kafedrasının müdiri Məryəm Babayeva, İnarə Babayeva, Gülnarə Allahverdiyeva, Almaz Ələsgərli və onların tələbələri iştirak ediblər. Ustad dərsi verməklə yanaşı mütəxəssislər Universitetin tələbələrinin gözəl səsə, ifaya məxsus olduğunu da vurğulayıblar. Qonaqlar Azərbaycan musiqisi ilə də yaxından maraqlanıb, tələbələrdən ibarət muğam ansamblının məşqlərində də iştirak ediblər. Məşq zamanı gənclərin ifasında muğam parçaları, ayrı ayrı xalq çalğı alətlərində milli musiqi ilə yanaşı avropa musiqisini, avropa alətlərində isə əksinə milli musiqini heyranlıq hissi ilə dinləyib, onlar haqqında ətraflı məlumatlarla tanış olublar.