“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu başlayır

2 aprel 2025-ci il tarixindən etibarən Mədəniyyət Nazirliyinin “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbuluna başlanılır.
Proqram bakalavriat və magistratura səviyyələrini əhatə edir.
Əsas ixtisaslaşma istiqamətləri kimi aşağıdakı sahələr müəyyən edilmişdir:
- audiovizual musiqi
- kino (o cümlədən, animasiya, videoqrafiya və fotoqrafiya)
- dəb sənəti
- dizayn
- kuratorluq
- memarlıq
- tədbirlərin təşkili
- mədəni və yaradıcı sahə üzrə menecment
- nəşriyyatlarla işin təşkili
- oyun sənayesi
- teatr, komediya və performans
- yaradıcı texnologiyalar
Təqaüd Proqramına müraciət etmək üçün qaydalar və şərtlər barədə daha ətraflı məlumatı https://www.mystart.az/ saytından əldə edə bilərsiniz!