Məzunların məşğulluq reytinqi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən abituriyent və məzunların məşğulluq imkanlarının genişləndirilməsinə töhfə verəcək yeni platforma – “Məzunların məşğulluq reytinqi” platforması yaradılıb.
Platformanın hazırlanmasında əsas məqsəd abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək, məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır. Platforma ölkədə fəaliyyət göstərən özəl və dövlət universitetlərini, onların məzunlarını və abituriyentləri əhatə edir.
“Məzunların məşğulluq reytinqi” platforması ilə https://emas.sosial.gov.az/graduates-emp-rating tanış ola bilərsiniz.