“Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat prosesinin bitməsinə son 2 gün

Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat prosesinin bitməsinə son 2 gün!
Layihə Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilir.

Proqramın məqsədi tələbə və yeni məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

Layihə 3 ay davam edəcək. Burada seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliynin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. Gənclər, həmçinin onlar üçün təşkil olunan təlimlərdən yararlanacaq və sosial bacarıqlarını inkişaf etdirəcəklər.

Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistratura səviyyəsində təhsil alan tələbələr və təhsilini son 3 il ərzində başa vurmuş məzunlar proqrama müraciət edə bilərlər.

Əlavə sual və təkliflər üçün insan.Resurslari@edu.gov.az elektron poçt ünvanına “Maarifçi tələbə-məzun proqramı” başlığı ilə elektron məktub ünvanlamaq olar.

Proqrama müraciət üçün linkə keçid etmək lazımdır: https://app.anket.edu.az/user/29.

Son müraciət tarixi 15 avqustdur.