Musiqi Sənəti Fakültəsinin Dekan Müavini

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Şuşa Mədəni Maarif məktəbini bitirdikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “Xalq çalğı alətləri orkestrinin rəhbəri” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu illərdə Universitetin bütün tədbirlərində fəal iştirak etmişdir. 1994-cü ildən ADMİU-da “Musiqi fənləri və dirijorluq” kafedrasında laborant vəzifəsində, 1998-ci ildən saathesabı müəllim, daha sonra isə tam ştat müəllim vəzifəsində, 2004-cü ildən isə “Musiqi sənəti” fakültəsində dekan müavini vəzifəsində çalışır. 2013-cü ildə “Azərbaycanda dirijorluğun təşəkkülü və inkişaf mərhələləri” mövzusunda dissertasiya müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Respublikada reallaşan bir çox konfransların iştirakçısı olmuşdur. Azərbaycanda dirijorluq sənətinin tarixi, təşəkkülü haqda bir çox məqalələrin müəllifidir.