“MÜASİR İNCƏSƏNƏT MƏKANINDA SÜNİ İNTELLEKT: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR”

(Elmi-nəzəri konfrans)

11 aprel 2025-ci il

Məlumat məktubu

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti ilə birgə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirməyi planlaşdırır. Konfrans 11 aprel 2025-ci il tarixində baş tutacaq.

XXI əsrdə süni intellektin tətbiqi ictimai və iqtisadi baxımdan avtomatlaşdırmanı artırır, əmək bazarına, səhiyyəyə, dövlət idarəçiliyinə, sənayeyə, təhsilə, təbliğat və dezinformasiyaya nüfuz edərək verilənlərin, həmçinin süni intellekt sistemlərinin müxtəlif iqtisadiyyat sektorlarına və həyat sferalarına inteqrasiyası əsasında qərar qəbuluna təsir göstərir. Bu məqam ortaya süni intellektin uzunmüddətli təsirləri, etik nəticələri və riskləri ilə bağlı məsələlər qoyur və sözügedən texnologiyanın təhlükəsizliyini, həmçinin faydalarını təmin etməyə yönəlmiş tənzimləyici siyasətlər haqqında müzakirələrə səbəb olur.

Süni intellekt tədqiqatçıları axtarış və riyazi optimallaşdırma, formal məntiq, süni neyron şəbəkələri və statistika, əməliyyat tədqiqatları və iqtisadiyyata əsaslanan metodlar daxil olmaqla geniş spektrli metodları uyğunlaşdırmış və inteqrasiya etmişlər. Süni intellekt həmçinin bir sıra humanitar elm sahələrində (dilçilik, fəlsəfə, sənətşünaslıq və s.) və incəsənətdə də istifadə edilir. Təşkil edəcəyimiz konfransın məqsədi də “fizikləri və lirikləri” bir araya toplamaq, fikir mübadiləsinə şərait yaratmaqdır.

Təşkilat komitəsi süni intellektlə bağlı etik məsələlərdən tutmuş kibercinayətkarlığa kimi geniş spektrli məsələlər ətrafında müzakirəyə açıq olan bütün mütəxəssisləri, doktorant, dissertant və magistrantları konfransda iştiraka dəvət edir. Konfrans aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcək:

1. Süni intellektin yaradıcılıq prosesində tətbiqi;

2. Süni intellekt və müəlliflik hüququ;

3. Süni intellektin mədəniyyətə təsiri;

4. Süni intellekt alətlərindən istifadənin ətraf mühitə təsiri;

5. Süni generasiya olunmuş məhsullar və cəmiyyətdə informasiya təhlükəsizliyi.

Konfransın işçi dilləri Azərbaycan, rus, türk və ingilis dilləridir. Konfransın xarici iştirakçıları tədbirə Zoom platforması vasitəsi ilə qatılacaq (link tədbirdən bir neçə gün əvvəl xarici iştirakçıların e-mail ünvanına göndəriləcək).

Arzu edənlər iştiraketmə ərizəsini (Forma 1 doldurmaqla) və məruzəni (Forma 2-yə uyğun tərtib etməklə) elektron formada 25 mart 2025-ci il tarixindən gec olmayaraq aşağıdakı e-mail ünvana göndərməklə konfransa qatıla bilərlər:  admiuconference@gmail.com (koordinatorlar: Sevinc Məmmədova və  Pərvanə  Lətifli).

Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları qəbul etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat 30 mart 2025-ci il tarixinədək müəllifə onun ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq.

Qəbul edilmiş məruzələrin çap olunması nəzərdə tutulur. 

                                                                                                  Təşkilat komitəsi

FORMA 1. Konfransda iştiraketmə ərizəsi

Soyadı, adı, atasının adı 
Elmi dərəcəsi və elmi adı 
İş yeri 
Vəzifəsi 
Telefon 
E-mail ünvanı 
ruzənin adı 

FORMA 2.

Məruzənin tərtibi qaydaları:

  1. Həcm: 5-7 səhifə, format A4, ölçü 14, şrift  Times New Roman, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. İstinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, müəllifin familiyası və inisialları, nəşr ili, səhifə göstərilməlidir. Məsələn: [Smit, C., 1995, s. 43]. 
  3. Ədəbiyyat siyahısı əlifba sırası ilə tərtib edilməli və aşağıdakı şəkildə verilməlidir.

Kitablar üçün: Müəllifin soyadı, adının baş hərfi., nəşr ili, kitabın adı, şəhər: nəşriyyat. Məsələn: Smit, C. (1995). Müasir incəsənət məkanında süni intellekt. Bakı: ADMİU-nun Nəşriyyatı.

Dövri mətbuat və jurnallar üçün: Müəllifin soyadı, adının baş hərfi., nəşr ili, məqalənin adı. Jurnalın adı, nömrəsi, səhifə. Məsələn: Smit, C. (2010).  Ehtiyat tədbirləri. ADMİU-nun Elmi əsərləri, 16(7), 26.

İnternet resursları üçün: Müəllif. (2025). İctimaiyyətə müraciət. URL: http://www.health.govt.nz/your-health/conditions-and-treatments/diseases-and-illnesses/ebolainformation-public (Müraciət tarixi: 08.01.2025)

Materialın strukturu:

1. Məruzənin adı – adi hərflərlə, qalın şriftlə, ortada;

2. Müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi, elmi adı, iş yeri (təşkilat), şəhər, ölkə, mobil telefon nömrəsi, elektron poçt ünvanı – adi şriftlə, ortada;

3. Annotasiya (100-150 sözdən ibarət): məruzə işçi dillərdən hansı birindədirsə, digər iki dildə;

4. Açar sözlər (5-7 söz və ya söz birləşməsi): Azərbaycan, rus və ingilis dillərində, annotasiyalardan sonra;

5. Əsas mətn (5-7 səhifə).

Elmi tədbirin keçiriləcəyi yer və tarix:

AZ1143, Bakı şəhəri, Hüseyn Cavid Prospekti 129, Akademiya şəhərciyi, MEK-in yeni binası; 11 aprel 2025-ci il, saat 1100.