Müasir Teatr Prosesi fənnində sənədli tamaşa eskizi təqdim olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Umiversiteti (ADMİU) SABAH qrupları Teatr Rejissorluğu ixtisası IV təhsil ili tələbəsi Ülvi Məmmədlinin Müasir Teatr Prosesi fənnində sənədli tamaşa eskizi təqdim olunub.
Səhnə işində teatr adamı teatrdan danışır.
Dörd məşhur teatr adamı ilə aparılmış müsahibələr əsasında qurulan tamaşada səslənən bütün fikirlər real sözlərdir. Burada teatr haqqında nəzəri mühazirə yox, yaşanmış təcrübə, şəxsi etiraf və sənətə dair daxili səs var.
Tamaşa “teatr haradan başlayır? Səhnədənmi, aktyordanmı, yoxsa insanın içindəki ehtiyacdan?” sualının izinə düşür. Cavablar isə tamaşada gizlidir.
Tamaşanın quruluşçu rejissoru və səhnələşdirməsi Ülvi Məmmədli, bədii rəhbər və fənn müəllimi Elçin Cəfərov, SABAH Mərkəzinin rəhbəri Əməkdat artist Nofəl Vəliyevdir.
Səhnə işində rolları Hüseyn Hüseynzadə, Ayxan Hüseynov, Yaqut Sadıqova və Şahin Əmiraslanov canlandırıblar.