Muğam sənəti kafedrası 2001-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində kafedrada muğam sənətini təbliğ edən, dünyaya tanıdan çox ünlü sənətkarlar çalışıb.
Onlardan Xalq artistləri – Ağaxan Abdullayev, Tələt Qasımov, İslam Rzayev, Qəndab Quliyeva, Zümrüd Məmmədova, Qaraxan Behbudov kimi sənətkarların adını çəkə bilərik. 2011–2018-ci illər ərzində kafedraya Xalq artisti, professor, “Şöhrət” ordenli Canəli Əkbərov rəhbərlik etmişdir. Kafedranın pedaqoqları öz fəaliyyətində ənənəvi Azərbaycan musiqisinin ali forması olan muğamın autentik ənənələrini gənc nəslə çatdırmaq kimi mürəkkəb bir missiyanı həyata keçirirlər. Tədris prosesində tələbələrə muğamların təfsiri problemləri, artikulyasiya xüsusiyyətləri, əruz vəzni, ansambl tərkibində ifaçılıq xüsusiyyətləri, repertuar seçimi, qaval ifaçılığı, ixtisas fənlərinin tədrisi metodikası və s. haqqında məlumat verilir. 2006-cı ildə Azərbaycan muğamı UNESCO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri” elan edildikdən sonra onun tədrisi, tədqiqi və təbliği ilə bağlı çoxşaxəli fəaliyyət planı təsdiq olunmuşdur. ADMİU-nun Muğam sənəti kafedrası bu əhatəli planın əsas müddəalarının reallaşdırılması istiqamətində xeyli iş görmüşdür. Təşkil olunan tədbirlərin bir qismi müxtəlif muğamların həm nəzəri baxımdan şərhinə, həm də praktiki nöqteyi-nəzərdən təqdimatına həsr olunur. Kafedra tərəfindən muğamın tədrisi ilə yanaşı, onun tədqiqi və təbliğinə böyük önəm verilir. Müxtəlif mühazirə-konsert, elmi-ifaçılıq konfrans və seminarlarında Azərbaycan muğam sənətinin müxtəlif nümunələrinin təfsiri məsələləri kafedranın əməkdaşları – tanınmış xanəndələr tərəfindən işıqlandırılaraq, əyani şəkildə təqdim edilir.
Professor-müəllim heyətinin tərkibi:
- Aslanov Teyyub – kafedra müdiri, Xalq artisti, dosent
- İsmayılova Səkinə – Xalq artisti, professor
- Eyyubova Mələkxanım – Xalq artisti, professor
- İmanova Simarə – Xalq artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Məmmədova Gülyanaq – Xalq artisti, dosent
- Məmmədova Gülyaz – Xalq artisti, müəllim
- Əliyev Zakir – Əməkdar artist, dosent
- Sevdiyeva Bəsti – Əməkdar artist, dosent
- İbişova Ruzə – Əməkdar artist, baş müəllim
- Qasımova Fərqanə – Əməkdar artist, müəllim
- Əskərov Qoçaq – Əməkdar artist, müəllim
- Baxşəliyev Fəxrəddin – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Mahmud Salah – baş müəllim
- Sədiyev Əlağa – Əməkdar artist, konsertmeyster
- Rzayev Ramin – konsertmeyster
- Qasımov Vüsal – konsertmeyster
- Mirzəyev Emil – konsertmeyster
- Camallı Zabil – konsertmeyster
- Abdullayev Kamal – konsertmeyster
- Zərbalıyev Ruslan – konsertmeyster
- Bəbirli Günel – laborant
Tədris Olunan Fənlər:
Bakalavriat səviyyəsi üzrə:
- Azərbaycan xalq mahnılarının ifaçılığı
- Əruz
- Əsas musiqi aləti
- Xüsusi pedaqoji hazırlıq
- İxtisas – muğam ifaçılığı
- İxtisasın tədris metodikası
- İstehsalat təcrübəsi
- Konsert-kamera oxunması
- Qaval ifaçılığı
- Muğam ifaçılığının əsasları
Magistratura səviyyəsi üzrə:
- İxtisas – muğam ifaçılığı
- Qaval ifaçılığının tədrisi metodikası
- Muğam ifaçılığının müasir istiqamətləri
- Muğamın poetik əsasları (muğamda əruz)
- Pedaqoji təcrübə
- Yaradıcılıq təcrübəsi
- Yekun yaradıcılıq işinin hazırlanması və müdafiəsi
Kafedra Rəhbəri
Teyyub Aslanov
Xalq artisti, dosent