Şöbə maliyyə-uçot, ştat, smeta sənədlərinin mövcud qaydada hazırlanmasını və icraya nəzarəti təmin edir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorunun 17 fevral 2016-cı il tarixli əmri ilə Universitetin mühasibatlığının strukturuna yenidən baxılmış və mühasibatlıq bölməsinin adı universitetin strukturunda “Mühasibat uçotu və hesabat şöbəsi” kimi təsdiq edilmişdir.

Şöbə maliyyə-uçot, ştat, smeta sənədlərinin mövcud qaydada hazırlanmasını və icraya nəzarəti təmin edir, dövlət sifarişi ilə büdcə və büdcədənkənar maliyyə proqnozlaşdırılması işini Universitetin digər aidiyyatı struktur bölmələri ilə əlaqələndirilməsini həyata keçirir, təsdiq edilmiş xərclər smetası çərçivəsində universitetin maliyyə-təsərrüfat fəaliyyətinin ehtiyaclarının təmin edilməsi məqsədi ilə malların satın alınması, iş və xidmətlərin göstərilməsi üçün keçirilən tender və kotirovka satınalma prosesinin aparılması, müvafiq müqavilələrin bağlanması və müqavilələrin mövcud qaydada təyinatı üzrə icrasına nəzarət edir.

Şöbədə Quliyeva İlahə Namizəd qızı, Məmmədov Elvin Hacıəhməd oğlu, Əhmədova Rəna Əhəd qızı, Abdullayeva İradə Əziz qızı, Tarverdiyeva Güllü Rasim qızı və İsmayılov Aqşin Akif oğlu çalışırlar.

Şöbənin rəhbəri

Rüfət Quliyev