Universitetin Mülki Müdafiə Qərargahı Universitetin rəhbərinə və Fövqəladə hallar komissiyası sədrinə tabedir, onların əmr və göstərişlərinin yerinə yetirilməsinə cavabdehdir.
Mülki müdafiə qərargahı –30 dekabr 1997-ci il tarixli “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mülki müdafiənin təmin edilməsi haqqında” 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarını eyni zamanda Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və Rektorun müvafiq əmr, qanun və qərarlarını rəhbər və əsas tutaraq fəaliyyət göstərir, eləcə də Universitet rəhbərinin fövqəladə hallar və mülki müdafiə üzrə əmr və göstərişlərinin tələblərini yerinə yetirir.
Mülki Müdafiə Qərargahı aşağıdakı vəzifələri yerinə yetirməyə borcludur:
- Dinc və müharibə dövrlərində Universitetdə Mülki müdafiə işinin təşkili və aparılması.
- Universitet ərazisində ehtimal olunan və ya baş vermiş irimiqyaslı təbii fəlakətlərin, istehsalat qəzalarının proqnozlaşdırılması və qarşısının alınması üzrə profilaktik tədbirlərin həyata keçirilməsi.
- İnsan həyatı üçün təhlükə törədən digər fövqəladə hadisələrdən tələbələrin, işçilərin, mühafizəsinin təşkil edilməsi.
- Planlaşdırılmış təlim-məşq və digər tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirməli, Universitetin beşillik “Mülki Müdafiə planı”nın və illik “Mülki Müdafiə tədbirlər planının tərtib edilməsində və tədbirlərin yerinə yetirilməsi üzrə sənədlərin və mülki müdafiə qüvvələrinin hazırlanmasını təşkil etməli.
- İşçilərin və tələbələrin radioaktiv kimyəvi zəhərlənmədən mühafizəsinin təmin edilməsi fərdi mühafizə vasitələri (əleyhqaz, respirator, mühafizə geyimi və s.) kimyəvi zəhərlənmə və dozimetrik nəzarət cihazları və digər mülki müdafiə avadanlıqlarının universitetdə normativ tələblərə uyğun saxlanmasına nəzarət etməli;
- Dinc və müharibə dövrlərindəki fövqəladə hallarda (ərazini kimyəvi zəhərlənməsindən, radioaktiv şüalanmadan və radioaktiv tozlardan, zərbə dalğasından eləcə də düşmən hücumundan) işçilərin kollektiv mühafizə qurğularında (sığınacaq, radiasiya əleyhinə daldalanacaq və zirzəmilərdə) mühafizəni təşkil etmək məqsədilə mühafizə qurğularına xidmət edən manqa ilə birlikdə mühafizə qurğularının hazır vəziyyətə gətirilməsi üzrə tədbirləri yerinə yetirməli;
- Ehtimal olunan və ya baş vermiş fövqəladə hadisələr barədə rəhbər heyətin və işçilərin vaxtında xəbərdar edilməsi və idarəetmənin təşkili məqsədilə Universitetdə xəbərdarlıq və rabitə sisteminin daim saz vəziyyətdə olmasına nəzarət etməli;
- Qəza və dağıntılar zamanı xəsarət alanlara tibbi yardımın göstərilməsi məqsədilə yaradılmış tibbi mühafizənin təşkili və tibbi qüvvələrinin hazırlığına nəzarət etməli;
Qərargahın rəisi
Hüseyn Arif
Silahlı Qüvvələrin zabiti, ehtiyatda olan baş leytenant, 2-ci Vətən müharibəsinin qazisi