Musiqi sənəti fakültəsinin tələbələri “Uğurlarımın sirri” adlı layihə çərçivəsində mükafatlandırılıb

Tələbələrin keyfiyyətli təhsil alması, uğurlar qazanması və dinamik inkişaf edən ölkəmiz üçün əsl vətəndaş və mütəxəssis kimi yetişməsində üzərinə düşən vəzifələrdən irəli gələrək Kitabxana-İnformasiya Mərkəzinin həyata keçirdiyi “Uğurlarımın sirri” adlı layihə davam edir. Layihəyə çərçivəsində Musiqi sənəti fakültəsinin 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasında yüksək bilik nümayiş etdirən və sosial baxımdan həssas ailə qrupuna aid olan tələbələri nailiyyətlərini qiymətləndirmək, digər tələbələr arasında intellektual rəqabət və stimul yaratmaq məqsədilə ixtisaslarına müvafiq kitablarla mükafatlandırılıb.