“Mütaliə ruhu” sərgisi çərçivəsində ilk tədbir baş tutub

Yanvarın 21-də Xətai Sənət Mərkəzində “Mütaliə ruhu” adlı respublika yaradıcılıq müsabiqəsinin yekun sərgilərinin ilki açılıb.
Qeyd edək ki, müsabiqə üçün ölkənin müxtəlif regionlarından 1500-dən çox iştirakçı 2000-ə yaxın əsər göndərib.
İlkin seçimlərdə 900 iştirakçının 1100-dən çox əsəri sərgilənmək üçün seçilib. Müəlliflər arasında uşaqlar, yeniyetmələr, gənclər və yuxarı yaş qrupunun nümayəndələri, həmçinin, tədbirin qaydalarına uyğun olaraq müəllim və valideynlərlə ortaq yaradılmış əsərlərlə qoşulanlar da yer alıb. Sərgilərdən seçilmiş 100 əsərin Mərkəzin “Miniatür və ilüstrasiya”
guşəsində hissə-hissə sərgilənməsi və Respublika səviyyəli tədbirdə daha geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulub. Həmçinin, 100 əsərin müəllifləri arasında I, II, III yerlər, həvəsləndirici və nominasya mükafatları təqdim olunacaq.