Azərbaycanda ilk dəfə “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasında peşəkar kadr və mütəxəssis hazırlayan “Muzeyşünaslıq” kafedrası 1991-ci ildən fəaliyyət göstərir.

Muzeyşünaslıq kafedrası respublikada muzey və arxiv işi, abidələrin mühafizəsi sahəsində yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görür. Kafedra muzeyşünaslıq istiqaməti üzrə həm də elmi-tədqiqat mərkəzidir. Elmi nəşr, dərslik və digər tədris vəsaitlərinin hazırlanması istiqamətində fundamental tədbirlər həyata keçirən kafedranın əməkdaşlarının birgə müəllifi olduğu “Muzeyşünaslıq” (2002) dərsliyi respublikada bu sahə üzrə hazırlanmış ilk vəsaitdir.

Professor-müəllim heyətinin tərkibi:

  • Eyvazova Yeganə – Kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent
  • Ağalarzadə Anar – tarix üzrə fəlsəfə doktoru, dosent
  • Bağırova Nurlana – sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim
  • Məmmədxanova Mira – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Quluzadə Nasir – tarix üzrə fəlsəfə doktoru, dosent
  • Məlikova Elfira – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Səfərova İlhamə – kulturologiya üzrə fəlsəfə doktoru, dosent
  • Süleymanlı Mübariz – fəlsəfə elmləri doktoru, professor
  • İsmayılova Aida – tarix üzrə fəlsəfə doktoru, müəllim
  • Allahverdiyeva Afət – baş müəllim
  • Abuzərov Əli – müəllim
  • İbrahimova İranə – müəllim
  • Əliyeva Şəbnəm – müəllim

Tədris Olunan Fənlər:

Bakalavriat üzrə:

  • Arxiv işinin əsasları
  • Arxiv sənədlərinin bərpası və konservasiyası
  • Arxiv sənədlərinin ekspertizası
  • Arxiv sənədlərinin komplektləşdirilməsi, uçotu və qorunması
  • Arxivin növləri
  • Azərbaycan muzeyləri
  • Azərbaycanda qədim və orta əsrlərin tarixi mədəni abidələri
  • Bakının mədəni tarixi irsi
  • Dünya muzeyləri
  • İxtisasa giriş
  • Mədəni irs
  • Müasir muzey sərgi fəaliyyəti
  • Muzey ekspozisiyası
  • Muzey əşyalarının bərpası və konservasiyası
  • Muzey əşyalarının ekpertizası
  • Muzey intrepretasiyası
  • Muzey işinin əsasları
  • Muzey işinin normativ bazası
  • Muzey kolleksiyalarının komplektləşdirilməsi, uçotu və qorunması
  • Muzey və arxiv mənbəşünasığı
  • Muzeydə ekskursiya işinin təşkili
  • Muzeylərdə əlilliyi olan şəxslərlə iş
  • Sənədləşmənin beynəlxalq standartları
  • Şəxsi kolleksiyaçılıq işi
  • Tarix və mədəniyyət abidələrin mühafizəsi

Magistratura üzrə:

  • Abidəşünaslıq
  • Arxeologiya və təbiət abidələrinə ekskursiyaların təşkili metodikası
  • Arxeoloji abidələrin ekspertizası
  • Arxeoloji abidələrin idarəedilməsi
  • Arxeoloji irsin mühafizəsinin təşkili
  • Arxeoloji muzeyşünaslıq
  • Arxeoloji turizm marşrutları və ekskursiya işinin təşkili
  • Arxeoloji, tarixi memarlıq abidələrnin mühafizəsinin tarixi və metodologiyası
  • Arxiv işinin tarixi və metodologiyası
  • Arxiv tədqiqatçılığı
  • Arxivlərin idarəolunmasının hüquqi əsasları
  • Arxivlərin informasiyalaşdırılması və informasiya təhlükəsizliyi
  • Azərbaycan arxivşünaslığı
  • Azərbaycanda tarixi memarlıq abidələrinin mühafizə strategiyası
  • Memarlıq abidələrinin bərpa və konservasiyası
  • Memarlıq abidələrinin ekspertizası
  • Müasir ekspozisiya konsepsiyaları
  • Müasir muzey konsepsiyaları
  • Muzey arxivşünaslığı
  • Muzey kuratorluğu
  • Muzey və qalereya işində layihələrin idarə edilməsi
  • Muzeyin informasiya təhlükəsizliyi
  • Muzeyşünaslığın müasir problemləri
  • Muzeyşünaslığın müasir problemləri
  • Muzeyşünaslığın nəzəri əsasları və tədqiqat üsulları
  • Muzeyşünaslığın tarixi və metodologiyası
  • Sənədşünaslığın nəzəriyyə və medodologiyası
  • Təşkilatların sənədləşmə təminatı
  • Tətbiqi muzeyşünaslığın nəzəri əsasları
  • Texniki vasitələr və istehsal texnologiyaları (muzeydə)
  • Turizmdə muzey fəaliyyəti
  • Xarici arxivşünaslıq
  • Yazılı mənbələr və onların interpretasiyası

Kafedra Rəhbəri

Yeganə Eyvazova

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Ətraflı