Nə? Harada? Nə zaman?” — intellektual yarışdan
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində fəaliyyət göstərən universitetimizə məxsus müstəqil mədəniyyət klubu Artlantech-XN tərəfindən 4 oktyabr 2026-cı il tarixində tələbələrin intellektual potensialını, dünyagörüşünü və komanda ruhunu sınamaq məqsədilə “Nə? Harada? Nə zaman?” intellektual yarışı təşkil olunmuşdur.
Yarış çərçivəsində təqdim olunan suallar İntizar İvar Qasımzadənin özünə məxsus “Ruh Dramaturgiyası” termininə əsaslanaraq hazırlanmışdır. Bu yanaşma iştirakçılara yalnız biliklərini deyil, eyni zamanda məntiqi düşünmə və mövzulara fərqli baxış bacarıqlarını sınamaq imkanı yaradıb.
Yarış zamanı iştirakçılar müxtəlif suallar ətrafında biliklərini nümayiş etdirərək komanda şəklində mübarizə aparıblar. Gərgin rəqabət, maraqlı suallar və yüksək komanda ruhu ilə yadda qalan tədbir iştirakçılar üçün həm faydalı, həm də yaddaqalan bir təcrübəyə çevrilib.

