Nizami Gəncəvinin “Xəmsə” motivləri əsasında təkrar emal materiallarından layihə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq çərçivəsində dahi şair Nizami Gəncəvinin “Xəmsə” motivləri əsasında ekoloji və təkrar emal materiallarından istifadə edilməklə xüsusi geyim və sənət layihələri hazırlanır.
Bu layihələr həm Azərbaycanın zəngin klassik irsini yaşatmaq, həm də qlobal səviyyədə aktual olan ekoloji davamlılıq və “yaşıl dünya” mesajlarını sənət vasitəsilə dünyaya çatdırmaq məqsədi daşıyır.
ADMİU-nun professor-müəllim heyəti və tələbələri tərəfindən həyata keçirilən hazırlıq prosesinin əsas istiqamət ekoloji materialdan istifadə etməklə geyim və instalyasiyaların hazırlanmasında ekoloji cəhətdən təmiz materiallara və alternativ texnikalara xüsusi üstünlük verməkdir. Tullantıların azaldılması və sənaye qalıqlarının yenidən dəyərləndirilməsi məqsədilə geyimlərin konseptində təkrar emal olunmuş parçalar və əşyalar tətbiq etməkdir.
Nizami Gəncəvinin beş poemasındakı (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”) obrazlar, rənglər və fəlsəfi fəsillər təkrar emal olunmuş materiallarla müasir geyim dizaynına köçürülür.

