Ömürboyutəhsil, karyera və məzunlarla iş bölməsinin karyera ilə bağlı hesabatı(1 yanvar- 21 iyun 2024-cü il)

01 yanvar – 21 iyun 2024-cü il üzrə hesabat

2024-cü təqvim ilinin 1 yanvar tarixindən etibarən bölmə tələbələrlə “Instagram”, “Linkedin” və “Whatsapp” sosial şəbəkələri üzərindən aşağıdakılarla bağlı elan bölüşmüşdür:

  • Təhsil sərgisi ilə bağlı – 2 dəfə
  • Təlimlərlə bağlı – 5 dəfə
  • Ekskursiyalarla bağlı – 1 dəfə
  • Təqaüd proqramları – 6 dəfə
  • Qrant müsabiqələri ilə bağlı – 3 dəfə
  • Forum ilə bağlı- 2 dəfə
  • Təcrübə proqramları ilə bağlı- 2 dəfə
  • Müsabiqələrlə bağlı  – 1 dəfə
  • Festival ilə bağlı- 1 dəfə
  • Könüllülük proqramları ilə bağlı- 1 dəfə

Karyera, təcrübə, stajkeçmə və əmək bazarında tələb olunan səriştələrin inkişafı ilə əlaqədar keçirilmiş tədbirlər:

  • 18 yanvar Bakı şəhər Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə bölmə, Tədris şöbəsi, Teatr sənəti fakültəsi arasında təcrübələrlə bağlı iclas keçirilmişdir.
  • Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə 8 fevral tarixində görüş və 17 may tarixində əməkdaşlıq Memorandumu imzalanmışdır. Tələbələr üçün xüsusi şərtlərlə Turizm bələdçisi kursları təşkil olunacaq.
  • 30 yanvar Təsviri incəsənət müəllimliyi və Musiqi müəllimliyi ixtisaslarında təcrübə ilə bağlı iclas keçirilmişdir.
  • 13 fevral məzun, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor assistenti Fuad Cavadzadə ilə əmək bazarı və s. ilə əlaqədar görüş keçirilmişdir.
  • 23 fevral “Sinteks” qrupla təcrübə proqramları barədə görüş baş tutub.
  • 2 aprel Filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü, yazar, ədəbiyyatşünas Ramil Əhmədin “Yaradıcı yazarlıq” mövzusunda Bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisasının bakalavriat səviyyəsinin tələbələri ilə görüşü baş tutub.
  • 18 aprel Məzunlar Kənan Şərifov və Turanə Bəşirova ilə ilə əmək bazarı və s. ilə əlaqədar görüş.
  • 30 aprel Məzunlar Assosiasiyasiyasının təsisat konfransı baş tutub.
  • 4 may Azərbaycan Hotel Assosiasiyası tərəfindən 4 May 2024-cü il tarixində tələbələr və məzunlar üçün qonaqpərvərlik üzrə karyera sərgisinə tələbələr cəlb olunmuşdur.
  • 14-17 may tarixlərində tələbələr Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyində masterklaslara cəlb edilmişlər.
  • 15 may KOKON agentliyinin DESIGN ONLINE ilə əməkdaşlığı çərçivəsində “Karyera başlanğıcı: Universitetdən sonra uğura aparan yol” mövzusunda Rəssamlıq fakültəsi ilə birgə seminar keçirildi.
  • 16 may ADMİU-nun məzunu, SABAH qrupları və MBA proqramı üzrə müəllim Fəxri Məhəmmədzadə tərəfindən universitetin sənətşünaslıq, teatrşünaslıq, kinoşünaslıq, bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisaslarının tələbələri üçün “Karyera planlanması” mövzudunda təlim keçirilib.
  • COP29 Akademiyası proqramında iştirak üçün məzunlar cəlb edilmişdir.

Karyera məsləhətçilərinin inkişafı üçün keçirilən təlimlər

  • 17 may Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə əməkdaşlıq üçün ZOOM görüşü keçirilib.
  • 29 fevral “Təcrübə danışır” layihəsi çərçivəsində Bahçeşehir Universiteti əməkdaşları tərəfindən COOP modeli ilə bağlı təlimlər.