Özbəkistanlı gənc rəssamın kataloqu

Özbəkistanın Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun doktorantı Gulnoz Jalalova elmi tədqiqat işi ilə əlaqədar ADMİU-da araşdırma aparıb. Tədqiqat müddətdə gənc rəssam Rəssamlıq fakültəsinin kafedralarının fəaliyyəti ilə yaxından tanış olub. Araşdırma mövzusu üzrə universitetin Kitabxana-İnformasiya Mərkəzinin təsviri incəsənət sahəsinə dair zəngin kitabları, xüsusilə nadir nəşrləri G.Jalalovanın marağına səbəb olub. O, 2022-ci ildə çap olunmuş rəsm əsərlərindən ibarət kataloqu ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə edib.