PİLLƏ 3 Festivalının 3-cü günü…

PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalının 28 may tarixi üçün proqramı da öz zənginliyi ilə seçildi.
Festivalın 3-cü günü də ənənəvi olaraq tamaşaların müzakirəsi ilə başladı.
Müzakirələrin ardından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbə komandalarının ifasında “Jorj Danden” (J.B.Molyer), “Yay gecəsində yuxu” (V.Şekspir), Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin ifasında “Gözlənən məktublar” (A.Musayev), Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin ifasında isə “Bəla” (A.Kəngərli) tamaşaları oynanıldı.
28 may tarixi həmçinin, ADMİU-nun kafedra müdiri, Əməkdar artist Gülşad Baxşıyevanın “Rolun səhnədənkənar həyatı” mövzusuna həsr olunmuş ustad dərsi ilə yadda qaldı.
Qeyd edək ki, PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalı iyunun 2-nə kimi davam edəcək.