PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalının 2-ci günü maraqlı tamaşalarla yadda qaldı

Azərbaycan Dövlət Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə həyata keçirilən PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalı fərqli tamaşaları, maraqlı müzakirələri və həyəcanlı anları ilə davam edir.
Festivalın 2-ci günündə – 27 may tarixi tamaşaların müzakirəsi ilə başladı.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə komandalarının ifasında N.Dumbadzenin “Ağ bayraqlar”, K.Abdullanın “Bir, iki – bizimki”, P.D.Filipponun “Don Raffael – Trombonçu” əsərləri oynanıldı.
Eyni gün Azərbaycan Texniki Universitetini festivalda təmsil edən tələbələr M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri ilə tamaşaçıların qarşısına çıxdılar.
Bütün tamaşalar festivalın münsiflər heyəti, müəllimlər və tələbələr tərəfindən maraqla qarşılandı.
Qeyd edək ki, PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalı iyunun 2-nə qədər davam edəcək.