“PİLLƏ 3” TƏLƏBƏ TAMAŞALARI FESTİVALI

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 3” Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir.
2025-ci il 26-30 may tarixlərində baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir.
MÜKAFATLANDIRMA:
Festivalın qalibləri ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında
“Ən yaxşı tamaşa”
“Ən yaxşı kişi rolu”
“Ən yaxşı qadın rolu”
nominasiyaları üzrə müəyyənləşdiriləcək.
Qaliblərə münsiflər heyətinin və gənc ekspertlər qrupunun mükafatları təqdim olunacaq.
Müsabiqəyə qəbul şərtləri:
1. Festivalda ADMİU-nun və digər universitetlərin bakalavr və magistr tələbələri tamaşa ilə iştirak edə bilər.
2. Müsabiqəyə göndərilən tamaşalara janr və mövzu məhdudiyyəti qoyulmur.
3. İştirakçılar tamaşaların posterini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər.
4. Müsabiqəyə təqdim edilən materiallar 15 aprel 2025-ci il tarixindən gec olmayaraq festival@admiu.edu.az elektron poçt ünvanına göndərilməlidir.
Qeyd: Son tarixdən gec göndərilən və ya tələblərə cavab verməyən tamaşalar müsabiqəyə qəbul olunmayacaq.
5. Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.
6. Təqdim edilməli materialların və sənədlərin siyahısı:
• Müraciət forması (yükləmək üçün klik edin)
• Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində videosu (ümumi plan);
• Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində treyleri;
• Tamaşanın posteri ;
• Tamaşadan 3-5 fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 mb-dən böyük və jpeg formatında olmalıdır);
• Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF).Ali təhsil müəssisəsinin rəhbərliyinin razılıq məktubu (digər universitetlərin tələbələri üçün).