ProQuest platforması ADMİU-da açıq istifadəyə verilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tammətnli akademik informasiya bazası olan ProQuest platformasından ADMİU-da açıq istifadə imkanı yaradılıb. Bu platforma dünyanın ən böyük elmi-informasiya bazalarından biridir və akademik tədqiqatlar üçün, eləcə də, magistrantların tədris prosesində geniş məlumat resurslarına çıxış imkanı yaradır. Platforma müxtəlif məzmunlu elmi jurnal, dissertasiya, kitab, qəzet, videomaterial və istinad mənbələri kimi çoxsaylı sənəd-informasiya resurslarını növlərini özündə birləşdirir.

İstifadəçilər ProQuest vasitəsilə mədəniyyət, incəsənət, humanitar, sosial və digər elmlər sahəsində keyfiyyətli və etibarlı məlumat əldə edə bilirlər. Axtarış sistemi sadə və genişləndirilmiş seçimlər təklif edir ki, bu da, mövzu üzrə dəqiq nəticələr almağa imkan yaradır. ProQuest, həmçinin, RefWorks, Pivot və ProQuest Dissertations & Theses Global kimi altsistemlər vasitəsilə elmi fəaliyyətin müxtəlif mərhələlərini dəstəkləyir. İstifadəçilər burada tammətnli məqalələri oxuya, yükləyə və istinad menecerləri ilə inteqrasiya etmək imkanı qazanırlar. ProQuest-in məlumat bazaları mütəmadi yenilənir və beynəlxalq akademik nəşriyyatlarla əməkdaşlıq əsasında genişlənir. Platforma müəllif hüquqlarına riayət edən etibarlı məlumat mühiti yaradır, araşdırmaların keyfiyyətini və informasiya əlçatanlığını artıran qlobal elektron resursdur.

ProQuest platforması magistrantların tədris-tədqiqat prosesində mühüm rol oynayır və akademik yazı sahəsində peşə kompetensiyalarının əldə olunmasında çoxşaxəli imkanlar təqdim edir. Bu baza magistrantlara etibarlı, elmi cəhətdən təsdiqlənmiş mənbələrə çıxışı təmin etməklə müxtəlif mövzular üzrə elmi məqalə, dissertasiya və kitablar taparaq yazı prosesində mövzuya dərin elmi yanaşma formalaşdıra bilir. ProQuest-in geniş məzmun bazası plagiatın qarşısının alınmasına kömək edir, çünki tədqiqatçılar orijinal mənbələrdən istifadə etməyi və düzgün sitat gətirməyi öyrənirlər.

Platforma akademik etika prinsiplərinin – obyektivlik, səmimilik və müəllif hüquqlarına hörmətin – praktik tətbiqini təşviq edir. Burada yerləşən materiallar elmi üslubun və strukturlaşdırılmış yazının nümunəsi kimi tələbələr üçün dəyərli öyrənmə mənbəyidir. Platforma APA, MLA və digər beynəlxalq sitat üslublarına uyğun istinadlar yaratmaq imkanı verir ki, bu da akademik yazı bacarıqlarını təkmilləşdirir. İstifadəçilərdə müqayisəli tədqiqat aparmaq, oxşar mövzular üzrə əvvəlki işləri analiz etmək imkanı yaradılır, bununla da, magistrantlarda tədqiqat mədəniyyəti və məlumat savadlılığı formalaşır. Mənbələrin düzgün təqdimini və məlumatın məsuliyyətli istifadəsini təşviq etməklə etik tədqiqat davranışı inkişaf etdirilir. Beləliklə, ProQuest platforması elmi dürüstlük və peşəkar yazı bacarıqlarının inkişafı üçün effektiv tədris vasitəsi kimi əhəmiyyətlidir.

ADMİU daxilində bazaya giriş üçün link –https://www.proquest.com/?accountid=216349

İstifadəçi təlimatı ilə tanış olmaq üçün link – https://proquest.libguides.com/proquestplatform