“Qadın fenomeni” adlı monoqrafiya işıq üzü görüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya kafedrasının müdiri, dosent Sədaqət Əliyevanın “Azərbaycan mədəniyyətində qadın fenomeni” adlı monoqrafiyası işıq üzü görüb. Kitabda Azərbaycan tarixində, mədəniyyətşünaslığında və ümumilikdə ictimai-siyasi həyatında qadının rolu və müstəsna xidmətlərindən danışılır. Tarixi inkişaf üzrə mərhələ-mərhələ xronoloji ardıcıllıqla Azərbaycanlı qadınların keçdiyi həyat yolunun əsas nüanslarına toxunulub, bu və ya digər səbəbdən indiyə qədər işıqlandırılmayan bəzi məqamlara aydınlıq gətirilib.
Kitab Azərbaycan tarixi, mədəniyyətşünaslıq problemləri və s. sahələrdə araşdırmalar aparan tədqiqatçılar və ali məktəb müəllimləri, tələbələr, habelə elmi ictimaiyyət üçün nəzərdə tutulub.

